Bütün xəbərlər
11 oktyabr, 14:10

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə” - Hacı Zeynalabdin Tağıyev

Bildiyimiz kimi, bu gün 11 oktyabr tarixi Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin olunmasına və müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.

“Azərbaycan müəllimi” olaraq ötən tədris ilində Şirvan-Salyan regionu üzrə uğurlu nəticələr qazanan bir neçə məktəbli qızla həmsöhbət olub, onların Beynəlxalq Qızlar Günü ilə bağlı təəssüratlarını, çağırışlarını dinlədik.

İlk həmsöhbətimiz 11-ci sinif şagirdi olan Xədicə Dünyamaliyeva Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində təhsil alır. Onun sözlərinə görə, rayon səviyyəli inşa-yazı müsabiqələri və Respublika fənn olimpiadaları üzrə qalib olub. Xədicə bu əlamətdar günlə bağlı deyir:

“Respublika fənn olimpiadalarında tarix fənni üzrə iştirak edib, bürünc və qızıl medal əldə etmişəm. Yüksək mövqeləri fəth etməyi hədəfləyən qızlarımızın olmasına baxmayaraq, təəssüf ki, ictimai qınaq səbəbi ilə maraq dairələrini dəyişməyə məcbur olan qızlarımız da var. Sevinirəm ki, məktəbimizdə qızların uğurlu olmasına çalışan müəllimlərimiz var.  

Övladlarını, xüsusilə, qız övladlarını təhsildən yayındıran valideynlərə demək istəyirəm ki, öz işini quran, hədəflərini bir-bir yerinə yetirib zirvələri fəth edən, cəmiyyətdə hörmət qazanan, müstəqil, öz qərarlarını təzyiq altında qalmadan verə bilən qadınlarla daim kiminsə nəzarətində yaşayan, təhsilsiz, cəmiyyət üçün yararsız fərd olan qadınları müqayisə etsinlər. Qızlarımız mütləq şəkildə təhsil alsınlar, öz ayaqları üzərində dursunlar, müstəqil olsunlar kimdənsə asılı olmasınlar”.

Digər həmsöhbətimiz S.İmanov adına tam orta məktəbin 7-ci sinif şagirdi Ələkbərli Zeynəbdir. O da əldə etdiyi uğurlardan söz açıb, Qızlar Günü ilə bağlı fikirlərini bölüşüb:

“Respublika fənn müsabiqələrində ötən il riyaziyyat fənni üzrə bürünc medal qazanmışam. Eyni zamanda, Kenquru beynəlxalq olimpiadasında fərqlənmə diplomu ilə mükafatlandırılmışam. 

Mən qız şagirdlərin belə yarışlara olan marağının yetərincə yüksək olduğunu düşünürəm. Həmçinin qız şagirdlərin şer musiqi, yaradıcılıq və elmi biliklər üzrə olan marağının da çox olduğunu düşünürəm. 

Övladlarını, xüsusilə, qız övladlarını təhsildən yayındıran valideynlərə sözüm odur ki, bu olduqca səhv addımdır. Hər bir şagirdin təhsil almaq hüququ vardır. Unutmamalıdırlar ki, qız övladlarını təhsildən yayındırmaqla onların gələcəklərini məhv edirlər. 

Qızlar günündə qızlara xüsusi diqqət yetirilsin və onlar üçün bu gün daha yaddaqalan olsun!”.

Neftçala rayonunun Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Selcan İmanlı da Respublika fənn müsabiqələrinin qaliblərindən biridir. O da, öz növbəsində bu günlə bağlı fikirlərini bizimlə bölüşüb:

“Keçən il Respublika fənn müsabiqəsində biologiya fənni üzrə qalib olub, bürünc medal qazanmışam. Məncə, əvvəlki illərə nisbətən hazırda qızların təhsilə marağı çoxalıb. 

Valideynlərə demək istərdim ki, qızlarını təhsildən yayındırmasınlar, əksinə onların oxumaları üçün şərait yaratsınlar. Qızlara, onların təhsilinə, problemlərinə daha çox diqqət qayğı artırılsın.

Bu gün gənc qızların müxtəlif sahələrdə, o cümlədən elm, texnologiya, mühəndislik və incəsənət sahələrində uğurlar əldə etdiklərini görürük.

Qızlar, öz potensialınıza inanın. İnanın ki, hədəflərinizə çatmaq üçün səylə çalışsanız, uğurlu bir gələcək sizləri gözləyir. Həmçinin cəmiyyətimizdə qızların təhsili və onların uğurları üçün dəstək mühiti yaradılması vacibdir. Gəlin birlikdə bu yolda irəliləyək!”

Növbəti müsahibimiz isə Ramilə İmanlıdır. O Neftçala rayon Xıllı qəsəbə F.Quliyev adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. O deyir:

“Respublika fənn olimpiadasında Tarix fənni üzrə 2 qat bürünc medalçıyam. Eyni zamanda, İctimai TV-də yayımlanan "Əlaçı" verilişinin qalibiyəm. Son illərdə təhsil sahəsində qızların üstünlüyü açıq-aydın görünür. Müxtəlif yarışlarda, tədbirlərdə, əsasən, qızlar iştirak edir və möhtəşəm uğurlar əldə edirlər. 

Kifayət qədər müəllimlərimiz var ki, bizi daim həvəsləndirir və dəstək olurlar. Yaşadığımız dövrdə hələ də qız övladlarının təhsildən yayındırılması hallarının baş verməsi qəbuledilməzdir. Belə ailələrə bildirmək istərdim ki, övladlarını təhsildən yayındırmaqla heç nəyə nail olmurlar. 

Sağlam gələcək təhsil üzərində qurulur. Xüsusilə də qız uşaqların təhsil alması vacibdir. Məşhur xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin də dediyi kimi: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.

Beynəlxalq Qızlar Gününün keçirilməsi qızların hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilib. Arzu edirəm ki, dünyamız qızların xoşbəxt yaşaması üçün daha təhlükəsiz olsun və qızların hüquqları yalnız bir gün yox, hər gün diqqət mərkəzində qalsın”.

Sonuncu müsahibimiz Pəri Bağırovadır. O Salyan rayon A.Nağıyev adına Dayıkənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Müsahibimiz qeyd edir:

“2023-2024-cü il tədris ilində Respublika fənn olimpiadasında azərbaycan dili və ədəbiyyatı fənni üzrə iştirak edib, final mərhələsində bürünc medal qazanmışam. Mənim fikrimcə, hal-hazırda qız şagirdlərinin əksəriyyəti bu cür layihə və yarışlarda  iştirak edib öz dünyagörüşü və bacarıqlarını inkişaf etdirir, Azərbaycanın gənc beyni olmaq üçün çalışırlar. Hazırda da "Avropa Qızlar Olimpiada"sının ən gənc qızıl medalçısı olan Fidan Qarayeva ölkəmizi təmsil edir. Mən də bu il onun kimi olmaq, ölkəm üçün yüksək nailiyyətlər əldə etmək istəyirəm. 

Məktəbimizdəki müəllimlərimiz məktəbdə intellektual yarışlar, müsabiqələr, məktəb turları keçirərək şagirdləri həvəsləndirir, onların bu cür layihələrdə iştirakını təşviq edirlər. Mən düşünürəm ki, məktəbimizdəki əksər müəllimlər buna çalışırlar. 

Valideynlərin övladlarını təhsildən yayındırmağları məni narahat edən vacib məsələlərdən, problemlərdən biridir. Mən onlara demək istərdim ki: 

"Əziz valideynlər, sizlər övladlarınızın oxumaq, təhsil almaq və bu yolda irəliləmək hüquqlarını əllərindən almayın, onları başa düşüb, gələcəyin gənc beyni kimi yetişdirin, bunun üçün imkan yaratmağınızı sizdən xahiş edirəm, hər bir savadlı şəxsin gələcəyi parlaq, hədəfləri böyükdür. Övladlarınızı təhsildən yayındırmayın, onları gələcəyin savadlı şəxsi kimi yetişdirin!". 

Şərhlər

Xəbər lenti

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

25 mart, 15:00

Daşdəmirbəylidə məktəbəqədər təhsil: Uşaqlar üçün yeni fürsətlər

25 mart, 11:00

MDU-nun tələbəsi "Bosch"un saytında boşluq aşkarladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.