Bütün xəbərlər
16 oktyabr, 16:18

Oktyabrın 14-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti konfransı ərəfəsində Azərbaycan Rəssamlıq Akademiyası və “Eight Marketing&Management Company”nin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik” adlı sərgi keçirilib. 

Akademiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov, Xalq rəssamı, akademik Ömər Eldarov, sərginin təşkilində əməyi keçən akademiyanın məzunu Leyla Əzimbəyova çıxış ediblər.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqə nəticəsində tələbələr 100-dən çox rəsm əsəri təqdim ediblər.

Akademiyanın rektoru, “Eight Marketing&Management Company”nin nümayəndələri və Rəssamlıq Akademiyasının professor-müəllimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqə əsasında təqdim olunmuş işlərin ümumi sayından 33 rəsm əsəri seçilib. 

Sərgi salonunda Azərbaycan Rəssamlıq Akademiyasının 21 tələbəsinin 33 rəsm əsəri nümayiş olunub. 

Müsabiqənin qalibləri müəyyənləşib:

I yer - Sevinc Gəncəliyeva;

II ⁠yer - Banu Çiçək Əhmədzadə;

III ⁠yer - Fatimə Əliyeva;

7 iştirakçı isə həvəsləndirici yeri tutub. Qaliblər pul mükafatı, diplom və hədiyyələrlə təltif ilə təltif ediliblər. Əlavə yeddi iştirakçıya həvəsləndirici pul mükafatı veridi. Bütün iştirakçılara diplomlar təqdim olundu.

Oktyabrın 14-dən 17-dək paytaxtdakı “QGallery”də keçirilən sərginin məqsədi sənət dili ilə tamaşaçının diqqətini təbiətə müdaxilənin acı aqibətinə və ekologiyanın təbiətdən asılılığına yönəltməklə, ətraf aləmdə baş verən dəyişikliklərdə hər kəsin məsuliyyətinin olduğunu bəyan etməkdir.

1 /7

Şərhlər

Xəbər lenti

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Burada oxuyanların çoxu həkim olmaq istəyir - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

25 iyun, 13:15

Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir

25 iyun, 13:01

Cəzaçəkmə müəssisələrində yeni peşə məktəbləri tikiləcək

25 iyun, 12:57

Beyləqan məktəbinin müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı

25 iyun, 12:54

Peşə təhsili ilə əlaqədar məhkumlara dair vahid informasiya sistemi yaradılacaq

25 iyun, 12:50

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilib

25 iyun, 12:50

Orxan Bəhramov: Elektron imtahanlar daxili şəbəkə üzərindən təhlükəsiz qaydada təşkil olunur

25 iyun, 12:49

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

25 iyun, 12:40

Qərbi Azərbaycan mövzusu tədqiqat işlərinə salına bilər

25 iyun, 12:29

İmtahandan 25 dəqiqə tez çıxdı, 57 bal topladı – Kimya müəlliminin uğuru

25 iyun, 12:14

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanının beşinci günüdür

25 iyun, 12:06

Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 97 faiz olub

25 iyun, 12:04

STEAM Azərbaycan Festivalına qeydiyyat başlayıb

25 iyun, 11:46

Bayram günlərinin hava proqnozu açıqlanıb

25 iyun, 11:40

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

25 iyun, 11:39

Turan Topalova: 351 nəfər DP məzunu ölkəyə qayıdıb

25 iyun, 11:34

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

25 iyun, 11:24

Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.