Bütün xəbərlər
29 noyabr, 14:46

XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı səmasında bir ulduz kimi parla­mış xalq şairi Nəbi Xəzrinin əsərləri oxucular tərəfindən həmişə sevilib və sevil­mək­də­dir. Onun şeirlərində  Vətən sevgisi,  Azərbaycan təbiətinə  bağlılıq, incə lirik duyğu­ların tərənnümü çox güclü  olmaqla poetik sənətkarlığına görə yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin müvafiq  sərəncamı ilə 100 illiyi qeyd edilən şair  dramaturgiya və nəsr sahəsində də uğurlar qazanıb. O, respublikanın ictimai-siyası və mədəni həya­tında fəal iştirak edib, özündən sonra gələn nəslin vətənpərvərlik ruhda tərbiyə­lən­mə­sində böyük işlər  görüb. Məlum olduğu kimi, Nəbi Xəzri uzun müddət Azər­bay­canın xarici ölkələrlə dostluq və mədəni  əlaqələr cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. O, Dövlət Radio və Televiziya Komitəsinin  sədri və Azərbaycan Yazı­çı­lar Birliyinin katibi olub. Nəticədə onun bir sıra dünya xalqlarının  həyatı və tarixi ilə bağlı şeirləri yaranıb. Bir çox xarici ölkələrdə şairin bəzi əsərləri tərcümə və nəşr edilib. Bu yazıda  onlardan biri – “Nəbi Xəzri. Seçilmiş şeirlər, Bağdad, 1989”dan bəhs etmək istəyirik. 143 səhifədən ibarət olan bu kitab ərəb əlifbası  ilə İraq Türkman Müdirliyi  və “Afaq arabiyyə” (“Ərəb üfüqləri”) nəşriyyatı tərəfindən bura­xıl­ıb. Kitabı nəşrə hazırlayan Azərbaycanın böyük dostu, Azərbaycanla etnik tarixi və ədəbi-mədəni bağlılığı olan İraq türkmanlarının  tanınmış şairi və ictimai xadimi Əbdüllətif Bəndəroğludur. Şair Bəndəroğlunu  Azərbaycan oxucusu yaxşı tanıyır.

Kitaba yazdığı “Ön söz”də Azərbaycan-İraq ədəbi əlaqələrinə toxunaraq 1973-cü ildə Bakıya səfəri zamanı Nəbi Xəzri ilə şəxsən tanış olmağından, onun gözəl şeirlərini gözəl dilindən, gülər üzündən, içindən gələn səslərdən dinləməyindən və onunla dostlaşmağından söz açır. O göstərir ki, Nəbi Xəzrinin şeirləri xalqının dilində əzbər qalan şeirlərdir və buna aşağıdakı şeirini misal göstərir:

Əzizim, Günəşədə

Ləkə varsa da,

Sevgi Günəşinə

Ləkə düşməsin.

Bəndəroğlu Nəbi Xəzrinin sevgi dolu şeirlərini yüksək qiymətləndirir:

Çəmən olsan əgər sən,

Sərin yağış çilərəm.

əgər dənizə dönsən,

Sahilə çevrilərəm.

“Xalqsız biz dünyada şair olmazdıq” və “Xalqıma o qədər borcum var mənim,Qorxuram borcumu verə bilməyim” 

deyən Azərbaycan şairinin sözlərini Bəndəroğlu yüksək qiymətləndirir.

Bəndəroğlu Nəbi Xəzrinin aşağıdakı misralarına əsaslanaraq onu insanlıq şairi adlandırır:

Əgər göydə torpaq olsaydı,

Ulduzlar yerində güllər bitərdi.

Kitabda Nəbi Xəzrinin 66 şeiri toplanıb. Birinci yerdə “Ana dilim” şeiri durur.

Bağdadda Azərbaycanın xalq şairi Nəbi Xəzrinin ilk kitabının nəşr olduğunu nəzərə alan tərtibçi şairin qısa həyat yolu ilə oxucuları tanış edir. Azərbaycanla İraq türkmanları arasında etnik və ədəbi-mədəni bağlılığı nəzərə alan Bəndəroğlu kitabda epiqraf rolunu oynayan  “Bayatı və xoyratımız” şeirini təqdim edib. Aşağıdakı misralar şair Nəbinin nisbəsi olduğu Xəzər (Xəzri) ilə bağlı yaranıb:

Varlığımız

Dalğalandı, qanadlandı

Öz dilini

Sevənlərin “Xəzər”ində.

Burada toplanmış şeirlər Nəbi Xəzrinin poetik yaradıcılığını xarakterizə edən nümunələrdir. Onlarda şairin lirik duyğuları, Vətən sevgisi, doğma torpağa bağlılığı, Azərbaycan elinin gözəl təbiət təsvirləri, habelə bəzi fəlsəfi-ictimai düşüncələrinin və sənətinin şairanə təsviri verilib.

Seçimində bu ideyanı davam etdirən Bəndəroğlu Nəbi Xəzrinin çoxsaylı şeirləri arasında “Kim məni xatırlasa” şeirini də kitaba daxil etməyi lazım bilib:

Kim məni xatırlasa

Çıxaraq sahillərə

Mavi Xəzərə baxsın.

Çevrilərək min kərə

Göy ləpələrə baxsın

Bilsin Xəzər mənimdir.

Nəbi Xəzri əsərlərində insanın xoşbəxtliyini tərənnüm edib, onun bağlı olduğu cəhətləri vurğulayıb ki, onlardan biri də ana Vətənin gözəl təbiətidir. Bu məqam  “İnsan sevəndə” şeirində belə ifadə edilib:

İnsan xoşbəxt olanda

Gözəl təbiət ona

Daha gözəl görünür.

Azərbaycan şairi Vətən torpağını vəsf etdikdə onun yetirdiyi böyük sənətkarların adını “Torpaq ətri” şeirində qürurla vurğulayır:

Şeir torpağıdır

Sənət torpağı

Sabirin torpağı

Səməd torpağı.

Şair göylərdə çaxan ildırımı da alovlu şerə bənzədir:

Göylər şeir yazır alovlu xətlə,

Dağların başında 

İldırım çaxır. 

Nəbi Xəzrinin lirik şeirlərinə də kitabda yer verilib. Bu şeirlərdə şairin sevgilisi bütün  insanlığın həmişə can atdığı və yüksək duyğulara cavab verən ali keyfiyyətlərə malikdir. Tərtibçinin  “Seçilmiş şeirlər” kitabına daxil etdiyi “Ucalıq eşqi” şeiri bu baxımdan diqqətə layiqdir.

Sən – Günəş,

Mən səndən

Nur alan Ayam.

Sən zirvəsən,

Zirvəyə çıxan çığıram,

Ucalmaq eşqilə

Dağa çıxıram.

Xalq şairi Nəbi Xəzrinin öz xalqına  bağlılığını ayrıca göstərən Bəndəroğlu haqlı olaraq yazır ki, “xalqın gücünə inanan, xalqın gücündən öz gücünü  alan, xalqın ürək çarpışması ilə yaşayan şair odlu və anlamlı sözlərilə nə qədər xalqına bağlı olduğunu göstərir”.

Ə.Bəndəroğlunun “Nəbi Xəzri. Seçilmiş şeirlər” kitabı İraqda türkman oxucuları tərəfindən rəğbətlə qarşılanıb. 

Naimə Həmidova, 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.