Bütün xəbərlər
2 dekabr, 15:22

İqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində yararsız hala düşən torpaq sahəsi Antarktida ərazisini keçərək 15 milyon kv. km olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Potsdam İqlim Təsirinin Tədqiqi İnstitutunun araşdırmasına görə, planetdə deqradasiyaya uğramış torpaqların sahəsi Antarktidanın ərazisini keçib. Deqradasiya prosesi ildə təxminən 1 milyon kv. km  sahəyə təsir göstərir ki, bu da iqlimin sabitləşdirilməsi, təbiətin mühafizəsi və davamlı ərzaq təminatının edilməsi səylərini ciddi şəkildə çətinləşdirir.

Araşdırmada deyilir: “Deqradasiyaya uğramış ərazilərin sahəsi artıq 15 milyon kv. km-dir ki, bu da Antarktidanın ərazisini üstələyir”. Torpaq ekosistemləri son vaxtlara qədər antropogen karbon qazının demək olar ki, üçdə birini udurdu, lakin son on ildə onların bunu etmək qabiliyyəti 20% azalıb. Bu, meşələrin qırılması və iqlim dəyişikliyi ilə bağlıdır.

Bərəkətli torpaqların itirilməsinin əsas səbəbi, araşdırmaya görə, davamlı olmayan kənd təsərrüfatı üsullarından istifadədir. Kimyəvi maddələrin və pestisidlərin istifadəsi meşələrin 80%-nin yox olmasına səbəb olub. Bu dəyişikliklər iqlim böhranını dərinləşdirir və gələcək ərzaq ehtiyatlarını təhlükə altına alır.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ekspertləri bəşəriyyət üçün əsas təhlükələri, o cümlədən irimiqyaslı meşə yanğınlarını müəyyən ediblər.

Bu arada Rusiya Federasiyası Dövlət Dumasının deputatı Anatoli Vasserman superkompüterin 2050-ci ilə qədər bəşər sivilizasiyasının mümkün süqutu ilə bağlı proqnozunu şərh edərkən “ya anqlo-saksonlar, ya fırıldaqçılar, ya da dəlilər dünyanın sonuna inanır” fikrini ifadə edib.

Mənbə: “The Guardian”

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.