
Elm və Təhsil Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiya şirkətlərindən biri olan və G42 şirkətlər qrupuna daxil olan "Presight" rəhbərliyi ilə görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, “Presight” şirkətinin baş icraçı direktoru Tomas Pramotedham və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.
Görüş çərçivəsində “Presight” şirkəti tərəfindən təhsil sahəsinə uyğunlaşdırılmış və süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim olunub. Həmçinin tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularından biri təqdim olunan süni intellekt əsaslı texnoloji həllərin “Rəqəmsal məktəb” platformasının təkmilləşdirilməsində istifadəsi olub.
Görüş iştirakçıları təhsilin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər