Bütün xəbərlər
30 avqust, 12:16

Xaçmaz Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbə adını qazanan şəhid övladları və 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, gənclərə biliklərə dərindən yiyələnməyi, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.

E.Rzayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, bu il Xaçmaz rayonu üzrə 33 məzun tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 19 nəfər 600-dən yüksək bal toplayıb. Ümumilikdə 650 məzun tələbə adını qazanıb.

Görüşdə iştirak edən müəllim və məzunlar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adını qazanan şəhid övladları və 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

1 /23

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.