.jpeg)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsində müasir texnologiyaların cəmiyyətə təsirini araşdırmaq məqsədilə “Süni intellektin təsiri və faydaları” mövzusunda maarifləndirici seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda süni intellekt texnologiyalarının müasir dövrdə elmi, iqtisadi və sosial sahələrə göstərdiyi təsirlər ətraflı şəkildə təhlil olunub. “İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi Teymur Sərxanov süni intellektin tədris prosesində, sənaye sektorunda və gündəlik həyatdakı tətbiq imkanlarını iştirakçıların diqqətinə çatdıraraq, bu texnologiyanın düzgün və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, seminar çərçivəsində süni intellektin gətirdiyi innovativ imkanlarla yanaşı, qarşıya çıxan etik çağırışlar da müzakirə olunub. Məruzəçi bu sahədə beynəlxalq təcrübəyə istinad edərək, gənclərə süni intellekt texnologiyalarının sosial məsuliyyətlə tətbiqinin əhəmiyyəti barədə məlumat verib.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər