Bütün xəbərlər
17 oktyabr, 13:39

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) vətənpərvərlik ruhunu əks etdirən əhəmiyyətli tədbir keçirilib. 

AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Memarlıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi tələbə və müəllimlərin böyük marağına səbəb olub.

Sərgi Azərbaycanın şanlı Zəfər tarixini, igid oğullarımızın qəhrəmanlıq salnaməsini incəsənətin dili ilə təqdim etməklə yanaşı, gənc nəsildə vətənə sevgi və milli qürur hisslərini daha da möhkəmləndirməyi hədəfləyirdi.

Açılış mərasimində universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak edib. Çıxış edənlər 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, belə sərgilərin gənclərin milli mənlik şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Sərgidə tələbələrin Zəfər mövzusuna həsr etdikləri əsərlər nümayiş olunub. Hər bir tablo xalqımızın birlik və dözüm ruhunu, əsgərlərimizin igidliyini və şəhidlərimizin unudulmaz fədakarlığını təsvir edib. Xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə qəhrəmanlarına ithaf olunan əsərlər ziyarətçilərdə dərin emosional təəssürat yaradıb.

Tədbirin sonunda sərgidə fərqlənən tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplomlar verilib. 

“Tarix Yazan 44 Gün” sərgisi AzMİU-nun 3-cü korpusunun Sərgi Salonunda  təşkil olunub və ziyarətçilərə qəhrəmanlıq tariximizi sənətin dili ilə yenidən yaşamaq imkanı yaradıb.

1 /5

Şərhlər

Xəbər lenti

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-da yeni oxu zalının açılışı keçirilib

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun rektoru və Milli Observatoriyanın sədri arasında görüş keçirilib

17 oktyabr, 14:30

Peşə təmayüllü siniflərdə monitorinq aparacaq mütəxəssislər üçün təlim keçirilib

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.