
10 oktyabrda Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsi tərəfindən peşə təmayüllü siniflərdə monitorinqi həyata keçirəcək mütəxəssislər üçün “Monitorinqin aparılması üzrə səriştələr” adlı təlim keçirilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin keçirilməsində məqsəd monitorinqi həyata keçirəcək mütəxəssisləri monitorinq alətləri ilə tanış etməkdir. Təlimdə 23 mütəxəssis iştirak edib. Təlim zamanı peşə təmayüllü siniflərin təşkili, fəaliyyəti və pedaqoji prosesin təşkili ilə bağlı mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb və monitorinqdə yumşaq bacarıqların effektiv istifadəsi haqqında məlumat verilib. Mütəxəssislər monitorinq meyarlarını əhatə edən situasiya tipli keys tapşırığının yerinə yetirilməsi üçün qrup işinə cəlb olunublar.
Təlim “Peşə və ömürboyu təhsilin proqramları şöbəsi”nin müdiri Xanım Şabanova, aparıcı mütəxəssis Günel Fərəcova və təlimçi Könül Əliyeva tərəfindən aparılıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər