
Oktyabrın 17-də gecə saatlarında Kürdəmir şəhəri 4 nömrəli körpələr evi–uşaq bağçasında elektrik xəttində yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, həyata keçirilmiş tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın baş vermiş otaqda yerləşən qrupun uşaqları bağçanın digər otaqlarına müvəqqəti olaraq yerləşdirilib. Müəssisənin fəaliyyəti adi qaydada davam etdirilir, təlim-tədris prosesinin fasiləsizliyi təmin edilib. Hazırda müəssisəyə dəymiş zərərin miqdarı ilə bağlı dəqiqləşdirmələr aparılır.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər