
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III tədris binasında yaradılmış yeni oxu zalının və kitab sərgisinin açılış mərasimi keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova, İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayıb və çıxışında kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Rektor bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib və kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova çıxışında qeyd edib ki, yenilənmiş kitabxana tələbələrə geniş məlumat resurslarına çıxış imkanı yaradır və müasir tədris prosesinə inteqrasiya olunub.
İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova çıxış edərək, kitab sərgisində nümayiş olunan nəşrlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyimiz və suverenlik mövzusuna həsr olunduğunu diqqətə çatdırıb, tələbələri hüquqi biliklərini artırmağa, müstəqil mütaliəyə və vətənpərvərlik ruhunda formalaşmağa çağırıb.
Sərgidən sonra rektor auditoriyalarda tədris prosesinin gedişi ilə tanış olub, professor-müəllim heyətinə və tələbələrə uğurlar arzulayıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər