Bütün xəbərlər
17 oktyabr, 17:34

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru professor Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə rektor Anar Eminov MDU-nun son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq siyasətindən, universitetdə innovasiya yönümlü tədris mühitinin formalaşdırılmasından və sənaye ilə əlaqələrin genişləndirilməsinə dair prioritetlərdən bəhs edib. O, qeyd edib ki, MDU ilə OSTİM arasındakı anlaşma universitetin tədris və tədqiqat fəaliyyətlərini real istehsalat və texnologiya mühitinə daha da yaxınlaşdırmaq baxımından mühüm addımdır. Rektor MDU-nun müəllim və tələbə heyətinin OSTİM-də 6000-dən çox sənaye müəssisəsindən yararlanmaq istədiklərini, həmçinin birgə laboratoriya qurulmasını bildirib: “Qardaş Türkiyə Cümhuriyyətində sənaye ilə iç-içə olan OSTİM Texnik Universiteti ilə bu gün imzaladığımız bu anlaşmanın hesab edirəm ki, sənaye şəhərimiz olan Mingəçevir üçün mühüm əhəmiyyət kəsb edəcəkdir”.

M.Yülek OSTİM-in “sənaye içində universitet” konsepsiyasından danışaraq, bu modelin MDU ilə birgə həyata keçiriləcək layihələrdə səmərəli şəkildə tətbiq ediləcəyinə inamını ifadə edib. O, MDU-nun mühəndislik, tətbiqi elmlər və innovasiya sahəsindəki inkişaf potensialını yüksək qiymətləndirib və tərəfdaşlığın hər iki universitet üçün yeni imkanlar açacağını vurğulayıb.

Görüşdən sonra iki universitet arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

İmzalanan Anlaşma Memorandumunun əsas məqsədi iki universitet arasında tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığını inkişaf etdirmək, birgə layihələrin və akademik proqramların həyata keçirilməsini təmin etməkdir. Memorandum çərçivəsində tərəflər tətbiqi elmlər və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılması, texnoparklar və innovasiya mərkəzləri arasında ortaq platformaların qurulması, startap və sahibkarlıq təlimlərinin təşkili, ikili və birgə diplom proqramları, mübadilə və yay təcrübə proqramları, “Universitet–Sənaye” modelinin MDU-da tətbiqi, həmçinin birgə konfranslar və seminarların təşkili planlaşdırırlar.

Görüşdən sonra nümayəndə heyəti OSTİM Texniki Universitetinin kampusu ilə tanış olub. MDU nümayəndələri universitetin müasir auditoriyaları, laboratoriyaları, tədqiqat mərkəzləri və sənaye müəssisələri ilə inteqrasiya olunmuş infrastrukturunu yüksək qiymətləndiriblər.

Bu əməkdaşlıq Azərbaycan və Türkiyənin ali təhsil sistemləri arasında bilik və texnologiya mübadiləsinin güclənməsinə, sənaye yönümlü tədris modelinin inkişafına və gələcək nəsil mütəxəssislərin praktiki bacarıqlarla yetişdirilməsinə mühüm töhfə verəcək.

1 /6

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.