Bütün xəbərlər
17 oktyabr, 19:15

“Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən keçirilib.  

Təlimdə qonaqları salamlayan Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev təlimin əhəmiyyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. O, birgə təlimlərin dövlət qurumlarının əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.

Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi və Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları tərəfindən “Konstitusiya və Suverenlik İli Azərbaycan dövlətçilik tarixində yeni mərhələ”, “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər mövzular üzrə çıxışlar edilib. Təlim çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda keçirilən təlimin məqsədi, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması barəsində geniş məlumat verib. Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquq təminatı və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov təhsil sahəsində korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər və qabaqlayıcı tədbirlərin əhəmiyyəti barədə çıxış ediblər.

Qeyd edək ki, təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gələn problem və çətinliklərin qarşısının alınmasıdır. 

Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

1 /19

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.