
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində tələbələrin maarifləndirilməsi məqsədilə “Gələcəyimizi qoruyaq – narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Elman Cəfərov çıxışında, narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən məsuliyyət olduğunu bildirib. O, bu kimi tədbirlərin gənclərin düzgün istiqamətləndirilməsində və sağlam həyat tərzinə marağın artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Yasamal Rayon Polis İdarəsinin nümayəndələri – Şəxsi Heyətlə İş üzrə köməkçi, polis polkovnik-leytenantı Vüsal Kərimov, Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov çıxışlarında narkotik maddələrin cəmiyyət və fərd üçün yaratdığı təhlükələr, bu maddələrin istifadəsinin hüquqi, tibbi və sosial nəticələri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Polis əməkdaşları həmçinin gənclərin bu cür təhlükəli vərdişlərdən uzaq durmasının vacibliyinə diqqət çəkib, dövlət tərəfindən narkomaniyaya qarşı aparılan tədbirlər, profilaktik işlərin əhəmiyyəti və cinayət məsuliyyəti barədə məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər