
“Bu təşəbbüslərin təhsilalan, müəllim və təmsil etdiyimiz icmalar üçün faydalı olacağına inanırıq. Biz anlayırıq ki, iqlim çağırışı təkcə bərabərlik məsələsi deyil. Azərbaycanın qarşılaşdığı problemləri də çox yaxşı bilirik. Xüsusilə su qıtlığı ilə bağlı çətinliklər daim diqqət mərkəzimizdədir və hesab edirəm ki, bu məsələ müzakirələrimiz üçün maraqlı nümunə olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli səsləndirib.
O əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirmə layihələri ölkədə mühüm istiqamətlərdən biridir:
“Ümid edirəm ki, sudan istifadə ilə bağlı məktəblərdə həyata keçirdiyimiz kampaniyalar təqdimatımızda da öz əksini tapacaq. Bu təşəbbüslərin iqlim dəyişikliklərinə qarşı mübarizədə faydalı təcrübə kimi dəyərləndiriləcəyinə əminik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər