
“Biz kollektiv şəkildə hərəkət etməyin gücünə, təhsil vasitəsilə dəyişiklik yaratmağa inanırıq. Təhsil dəyişiklik üçün ən güclü və davamlı qüvvədir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransında deyib.
“Biz ənənəvi sinif və kurikulum çərçivələrindən çıxaraq davamlılıq, ekoloji məsuliyyət və iqlim dözümlülüyünü təhsil sistemlərinin mərkəzinə daxil etməliyik. Bu baxımdan “yaşıl təhsil” yalnız konseptual çərçivə deyil, o, zərurətdir”, – deyə o qeyd edib.
Məryəm Qafarzadə vurğulayıb ki, bu ilin aprel ayında açılmış və Cənubi Qafqaz, Mərkəzi Asiya və qonşu regionları əhatə edən ICESCO-nun Bakı Regional Ofisi bu məqsədlərə nail olmaq üçün vacib platformadır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər