Bütün xəbərlər
20 oktyabr, 11:13

“Bu dövrdə təhsil artıq sadəcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyətlərimizi və sistemlərimizi dəyişdirmək üçün əsas gücə çevrilməlidir. Bu, inklüziv və davamlı inkişaf məqsədlərinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 4-ə (SDG 4: Keyfiyyətli Təhsil) çatmaq üçün çox vacibdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICESCO-nun Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransında deyib.

O bildirib ki, iqlim dəyişikliyi probleminin nəticələri hər gün özünü göstərir: “İqlim dəyişikliyi su ehtiyatlarımıza, qida sistemlərimizə və cəmiyyətimizin əsas dayaqlarına ciddi təsir göstərir.

Mərkəzi Asiyada isə bu təsirlər daha aydın görünür, buzlaqlar əriyir, su azalır, təbiətdəki canlı müxtəliflik yox olur. Bu yanaşmadan çıxış edərək ICESCO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində “Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb. Çünki ICESCO-nun əsas strategiyalarından biri üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək olmaq və bu sahədə yol göstərməkdir.

ICESCO-nun elmi bölməsi indi Elm və Ətraf Mühit Departamenti adlanır və bu qurum üzv dövlətlərə iqlimə uyğunlaşma, zərəri azaltma və davamlılıq sahələrində güclü dəstək göstərir”. 

O bildirib ki, ICESCO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır:

“Bu məqsədlə hazırlanan “Yaşıl təhsil çərçivəsi” ötən il Omanda keçirilən nazirlər konfransında üzv dövlətlərin nazirləri tərəfindən rəsmi olaraq təsdiqləndi. Ötən il Bakıda keçirilən COP29 konfransında iştirak edərək, biz həmin siyasət çərçivəsini rəsmi şəkildə təqdim etdik və istifadəyə verdik.

Bizim bu çərçivə ətrafında cəmi dörd əsas istiqamətimiz var. Bu mövzular üzərində düşünürük:

- Üzv dövlətlərə öz tədris proqramlarını (kurikulumlarını) bu istiqamətə uyğunlaşdırmaqda necə kömək edə bilərik?
- Müəllimlərin ixtisasını artırmasını və təlimlərini necə təmin edə bilərik?
- Məktəbləri bu prosesə necə cəlb edə bilərik?
- Cəmiyyətlərin iştirakını və gənclərin iqlim fəaliyyətində lider olmasını necə təşviq edə bilərik?

Bu dörd istiqamət, məncə, təhsil sisteminin bütün pillələrində ekoloji məsuliyyətin dərindən yerləşməsinə xidmət edəcək. Beləliklə, təhsil iqlimə qarşı dayanıqlığın və həssaslığa qarşı dözümlülüyün əsas hərəkətverici qüvvəsinə çevriləcək.

Ümid edirik ki, bu konfrans nəticəsində üzv dövlətlər arasında qarşılıqlı öyrənmə, təcrübə mübadiləsi və praktik əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

Şərhlər

Xəbər lenti

20 oktyabr, 14:46

Heca qura bilmir, sözləri qarışdırır – Bu, məsuliyyətsizlik deyil, disleksiya ola bilər

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: İqlim təhsili siyasətimiz davamlıdır

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırırıq

20 oktyabr, 12:28

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20 oktyabr, 12:18

Təhsil Qarabağa qayıdır: Zəngilan

20 oktyabr, 12:15

Kimya və riyaziyyat olimpiadaları üçün seçmə imtahanı keçirilib

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

20 oktyabr, 10:49

ICESCO rəsmisi: Gələcək nəsilləri necə öyrətdiyimizə yenidən baxmalıyıq

20 oktyabr, 10:40

Sudan səmərəli istifadə maarifləndirmənin mühüm istiqamətlərindəndir – Nazir müavini

20 oktyabr, 10:31

Həsən Həsənli: Qarşılıqlı əməkdaşlıq olmadan qlobal çağırışların öhdəsindən gəlmək mümkün deyil

20 oktyabr, 10:29

Ölkəmizdə müəllimlərin peşəkar inkişafı necə təşkil edilir?

20 oktyabr, 10:28

“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir

20 oktyabr, 09:43

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

20 oktyabr, 09:41

QHT Əməkdaşlıq Forumu iştirakçıları Qarabağ Universiteti ilə tanış olub

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.