Bütün xəbərlər
17 oktyabr, 15:13

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III tədris binasında yaradılmış yeni oxu zalının və kitab sərgisinin açılış mərasimi keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru  Zinharə Həsənova,  İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova,  kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. 

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayıb və çıxışında kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Rektor bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib. 

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib və kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb. 

Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova çıxışında qeyd edib ki, yenilənmiş kitabxana tələbələrə geniş məlumat resurslarına çıxış imkanı yaradır və müasir tədris prosesinə inteqrasiya olunub.

İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova çıxış edərək, kitab sərgisində nümayiş olunan nəşrlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyimiz və suverenlik mövzusuna həsr olunduğunu diqqətə çatdırıb, tələbələri hüquqi biliklərini artırmağa, müstəqil mütaliəyə və vətənpərvərlik ruhunda formalaşmağa çağırıb. 

Sərgidən sonra rektor auditoriyalarda tədris prosesinin gedişi ilə tanış olub, professor-müəllim heyətinə və tələbələrə uğurlar arzulayıb.

1 /4

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.