Bütün xəbərlər
29 avqust, 12:26

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunları 2024–2025-ci tədris ilində həm buraxılış, həm də qəbul imtahanlarında parlaq nailiyyətlər əldə ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, Şəki rayonunda ən yüksək nəticəni Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli göstərib. O, hər iki imtahanda maksimum, ümumilikdə, 700 bal toplayaraq rayon birincisi adını qazanıb.

Qax rayonunun ən yaxşı nəticəsinə Çiçək Hümmətli imza atıb. N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu olan Çiçək 697 bal yığaraq rayon üzrə ən yüksək göstəricini əldə edib.

Balakən rayonunda uğurlu nəticəsi ilə seçilən Şahin Məmmədov olub. Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu 695 bal toplayaraq rayon liderinə çevrilib.

Qəbələ rayonunda birinciliyi Səmra Mahmudova qazanıb. Daşca kənd tam orta məktəbin məzunu olan Səmra 692 bal nəticə ilə rayon üzrə ən yüksək bal toplayan məzun olub.

Oğuz rayonunda ən yaxşı nəticəni Gülər Ənsərli göstərib. Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunu 683 bal yığaraq rayon birincisi olub.

Zaqatala rayonunda isə ən yüksək balı Xanzadə Həsənova toplayıb. Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin məzunu 678 bal göstəricisi ilə rayon üzrə ən yüksək nəticə nümayiş etdirib.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.