Bütün xəbərlər
18 sentyabr, 12:54

Bir neçə gün bundan öncə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, bu il IX sinif buraxılış imtahanlarında xarici dil fənləri üzrə ilk dəfə yeni növ tapşırıq modelindən istifadə edilib və həmin tapşırıq tipi 2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında tətbiq olunacaq.

Bəs yeni tapşırıq modeli necə olacaq?

DİM-dən “Azərbaycan müəllimi”nə mövzu ilə bağlı bildirilib ki, söhbət imtahanın ümumi modelinin dəyişməsindən deyil, yalnız xarici dil üzrə yazı bacarıqlarının yoxlanılması üçün yeni növ tapşırıq tipindən gedir. Belə ki, şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında kiçik həcmli hekayə qurmaq tələb olunurdu. Bu, yazı bacarıqlarını ölçməyə yönəlmiş funksional tapşırıqdır.

Xarici dil fənlərinə aid yeni növ test tapşırığı 2025-ci ildə IX sinif buraxılış imtahanların tərkib hissəsi kimi tətbiq olunub. 2027-ci ildən isə “Yazı” məzmun xətti üzrə bilik və bacarıqların qiymətləndiriliməsi bu və digər tapşırıq növləri əsasında XI sinif buraxılış imtahanlarında da həyata keçiriləcək. 

Qurumdan əlavə edilib ki, IX sinif eləcə də, digər imtahanlarının nəticələrinin təhlili il ərzində həyata keçiriləcək və ənənəyə uyğun olaraq ümumi nəticələrin növbəti il “Abituriyent”12 jurnalında ictimaiyyətə təqdim olunması gözlənilir.

Qeyd edilib ki, yeni tapşırığın əsas məqsədi şagirdlərin vizual informasiyanı yazılı formada ifadə etmək bacarığını qiymətləndirməkdir. Bu üsul beynəlxalq qiymətləndirmə sistemlərində də geniş tətbiq olunur.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.