Bütün xəbərlər
18 sentyabr, 09:44

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

“Azərbaycan müəllimi” qəzetinin arxivindən böyük incəsənət xadimlərimizin müəllim və müəllimlik haqqındakı fikirlərini təqdim edirik:

"Müəllim, mənəvi ata, mənəvi anadır. Bu təyini xalq vermişdir. Ata, ana dedikdə, nəzərimizdə ülvi, müqəddəs və əziz bir şəxsiyyət canlanır. Müəllim də ata və ana kimi müqəddəsdir. Uşaqlar müəllimə böyük məhəbbət bəsləyirlər. Bu böyük məhəbbət tarixin sınaqlarından çıxmışdır.

Müəllim sözün hərfi mənasında böyük psixoloq səviyyəsinə çatmalıdır. Onun səbri, hövsələsi ana qədər olmalıdır. Müəllim uşaqların yaşına görə, onların daxili aləmlərini aybaay, ilbəil duymalı, hiss etməli və böyük qayğı ilə metodik araşdırmalar aparmalı, böyümə, əqlə, kamala dolma proseslərini izləməlidir".

Bülbül, 
SSRİ xalq artisti, müğənni
“Azərbaycan müəllimi” qəzeti, 14 noyabr 1960-cı il, №91           

*

“Gənc nəslimizin tərbiyəsində, hərtərəfli inkişafında müəllimlərimizin böyük rolunu göstərməyə söz tapa bilmirəm. Bədii dildə desək, onlar ḫəyatın geniş qoynuna atılmaq üçün gənc nəslə qanad verənlərdir! Heç kim doğma müəllimini unutmur, onu həmişə böyük sevgi ilə xatırlayır. Çünki müəllimlər də bizdə ata-ana kimi müqəddəs sayılırlar”.

Qara QARAYEV, 
SSRİ xalq artisti, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri
“Azərbaycan müəllimi” qəzeti, 14 noyabr 1960-cı il, №91

**

“İnsanda estetika onun mənəvi gözəlliyidir. Mənəvi gözəlliyi yaradan isə musiqi, ədəbiyyat və dildir. Bunlar bizim mənəvi həyatımızdır. Musiqinin açdığı gözəllik aləmi insan ruhuna, psixologiyasına dərindən təsir edir, onu nəcibləşdirir, ülviləşdirir, həyatdan zövq almağa, yaşamağa, yaratmağa ruhlandırır. Məhz buna görə də indi parta arxasında oturan vətənimizin gələcək qurucularına əsaslı musiqi tərbiyəsi verilməsi, onlarda musiqini duymaq və ondan zövq almaq qabiliyyəti formalaşdırılması pedaqoji kollektivlərin əsas işi olmalıdır. Müəllimlərimiz istər dərs prosesində, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsi ilə musiqinin açdığı gözəllik aləmi ilə şagirdləri daha yaxından tanış etməlidirlər”. 

Niyazi, 
SSRİ xalq artisti, dirijor, Sosialist Əməyi Qəhrəmanı
“Azərbaycan müəllimi” qəzeti, 30 Aprel 1970-ci il, №8

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.