
Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri üçün seminarlar keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyidir. Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu digər icraçı qurumlar olaraq müəyyən edilib. Seminarların təşkilinə aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.
Xatırladaq ki, Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər