Bütün xəbərlər
18 sentyabr, 16:02

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın 4-cü mərhələsi tamamlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu mərhələdə “Milli Proqram”a qoşulan 7500 nəfər “Coursera” onlayn təhsil platformasında rekord sayda - 18 mindən çox təlimi uğurla bitirib. Vətəndaşlar daha əvvəlki mərhələlərdə maksimum 14 min təlimi uğurla başa vurmuşdular.

Bu ilin aprel ayından başlayan proqram çərçivəsində bu günədək ümumilikdə 30 min nəfər təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanmaq imkanı qazanıb. Vətəndaşlar 60 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər.

Bu gündən başlayaraq “Milli Proqram”ın 5-ci mərhələsinə start verilib. Beləliklə, növbəti 7500 nəfər 6 həftə ərzində platformada təqdim olunan kurslardan yararlanmaq imkanı əldə edib.

“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı, layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər, eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artıb.

Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər “Milli Proqram” çərçivəsində öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim proqramı artıq platformada yerləşdirilib və bu proqramlar üzrə istifadəçilər 2000 təlimdə uğurla iştirak ediblər. “Milli Proqram” iştirakçılarının ən çox müraciət etdiyi 15 təlim üzrə 2-ci, 4-cü və 7-ci yerlərdə yerli şirkətlərin hazırladığı proqramlar yer alır.

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər:

  1. Süni intellekt hamı üçün (AI For Everyone);
  2. Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər;
  3. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals);
  4. STEM-də Elmin rolu: Kəşflərə aparan yol;
  5. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management);
  6. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere);
  7. Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası;
  8. Data elmi nədir? (What is Data Science?);
  9. Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional);
  10. Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness);
  11. Süni intellektə giriş (Introduction to Artificial Intelligence);
  12. Liderlik bacarıqları (Leadership Skills);
  13. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work);
  14. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English);
  15. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” iştirakçıları platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyaj vasitəsilə izləyə bilərlər (kursların siyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10 min nəfər təlimlərdən faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

Milli musiqimizin əvəzsiz siması…

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.