
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, qrant müsabiqəsinin qalibləri arasında Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri də var.
Qrant müsabiqəsində uğur qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaş, tələbə və məzunları ilə görüş təşkil olunub.
Gəncləri təbrik edən MDU-nun rektoru Anar Eminov bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkə gənclərinin dövlətçilik ənənələrinə sadiqliyinin möhkəmləndirilməsi, onların ideoloji və vətənpərvərlik ruhunda yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor tələbə və məzunların bu müsabiqədə qalib gəlməsini onların yaradıcılıq, təşəbbüskarlıq və milli dəyərlərə bağlılığının göstəricisi olduğunu vurğulayıb: “Gənclərimizin hazırladığı layihələr yalnız akademik fəaliyyət deyil, həm də ideoloji maarifləndirmə işlərinin cəmiyyətə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihələr vasitəsilə gənclər milli şüurun möhkəmlənməsinə, dövlətçiliyin əsas prinsiplərinin təbliğinə və vətənpərvərlik ideyalarının yayılmasına töhfə verirlər. Universitet olaraq biz bu təşəbbüsləri hər zaman dəstəkləyəcəyik və gələcəkdə də gənclərimizin yanında olacağıq”.
Görüş zamanı qalib gənclər layihələrinin əsas hədəfləri barədə məlumat veriblər, gələcək planlarını bölüşüblər. Bildiriblər ki, layihələrin uğurlu icrası həm gənclər arasında milli-mənəvi dəyərlərin təbliğini gücləndirəcək, həm də dövlətçilik ideyalarının daha geniş yayılmasına xidmət edəcək.
Sonda qeyd olunub ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqələrinin başlıca məqsədi gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan təşəbbüslərin dəstəklənməsi və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsidir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər