Bütün xəbərlər
13 dekabr, 13:22

“Beynəlxalq İqtisadiyyat Olimpiadası 2025”in (International Economics Olympiad-IEO) Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə imzalanıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə tanınmış iqtisadçılar, yerli və beynəlxalq nümayəndələr, media təmsilçiləri iştirak ediblər.

Mərasimi IEO-nun layihə meneceri Eyvaz Qafarov açaraq International Economics Olympiad (IEO) haqqında geniş məlumat verib. Qeyd olunub ki, adıçəkilən olimpiada dünyada iqtisadiyyat, maliyyə savadlılığı və biznes sahəsində şagirdlərə dəstək məqsədilə keçirilən ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir:

“Bu platformada iştirak yalnız rəqabət deyil, həm də gənclərin iqtisadi biliklərini inkişaf etdirmək, gələcək liderlik bacarıqlarını formalaşdırmaq və müxtəlif ölkələrdə  olan istedadlı gənclərlə fikir mübadiləsi aparmaq üçün unikal bir fürsətdir. Olimpiada iqtisadiyyat və maliyyə savadlılığına dair bilikləri geniş yaymaq, gənc iqtisadçıları və maliyyə mütəxəssislərini kəşf etmək, onları beynəlxalq səviyyədə mükafatlandırmaq, qlobal təhsil standartlarını birləşdirərək ölkələr arasında təcrübə mübadiləsini təmin etməkdir. Bu günə qədər bir sıra ölkələrdə təşkil olunan olimpiada 2025-ci ildə Azərbaycanda keçiriləcək. Azərbaycanın IEO 2025-ə ev sahibliyi etməsi çox ciddi səsvermənin nəticəsidir. Həmin prosesdə iştirak edən ölkələrin 82 faizi yekdilliklə final mərhələsinin Bakıda keçirilməsinə səs verib. Bu da ölkəmizin beynəlxalq iqtisadi təhsil tədbirlərinə ev sahibliyi etmək üçün mükəmməl şərtlərə sahib olduğunu sübut edir”.

Eyvaz Qafarov daha sonra ölkəmizdə IEO 2025 olimpiadasına hazırlıq mərhələləri, İEO-nun ölkəmizin iqtisadi ekosisteminə töhfəsi barədə də ətraflı söz açıb.

IEO İdarə Heyətinin rəhbəri Alexandr Jitkovski IEO-nun beynəlxalq səviyyədə rolunu diqqətə çatdıraraq Azərbaycanın bu mötəbər tədbirə öz uğurlu töhfələrini verəcəyinə əminliyini ifadə edib.

"Global Olympiad Center"in direktoru, Azərbaycanın IEO üzrə təşkilatçısı Xəyal İbrahimzadə ölkəmizin bu nüfuzlu tədbirə ev sahibliyi etməsinin müstəsna əhəmiyyətindən, olimpiadaya hazırlıq prosesindən və bununla bağlı həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, yanvarın 19-da IEO-nun final mərhələsində iştirak etmək üçün Azərbaycan milli komandasının seçimləri başlayacaq. Respublika üzrə 4 regional məkanda keçiriləcək bu seçimlərdə şagirdlər öz iqtisadiyyat biliklərini nümayiş etdirmək şansı qazanacaqlar.

Onu da qeyd edək ki, IEO 2025 çərçivəsində 71 ölkədən 478 iştirakçının Bakıya gəlməsi planlaşdırılır. Bununla yanaşı, Nobel mükafatçıları Daron Acemoğlu, Erkin Maskin, həmçinin Banqladeşin baş naziri Məhmad Yusuf kimi tanınmış şəxslərin də tədbirdə iştirakı gözlənilir. Azərbaycanın tanınmış iqtisadçıları və bir sıra qurumların rəhbərləri də bu tədbirdə iştirak edəcəklər.

"IEO 2025" azərbaycanlı şagirdlərin iqtisadi biliklərini artırmaqla yanaşı, onların dünya iqtisadiyyatına töhfə verə biləcək qlobal liderlər kimi yetişməsinə imkan yaradacaq. Şagirdlər yarış zamanı beynəlxalq iqtisadi problemləri həll etmək üçün innovativ ideyalar irəli sürərək qlobal iqtisadiyyatın inkişafına öz töhfələrini verəcəklər. Bu olimpiada, həmçinin ölkəmizdən olan gənclərin qlobal əməkdaşlığa qatılaraq yeni iqtisadi perspektivlər formalaşdırmasına şərait yaradacaq.

1 /5

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.