Bütün xəbərlər
1 avqust, 10:27

2025\2026-cı tədris ili üçün tələbə qəbulu həyata keçirən peşə təhsili müəssisələrinin siyahısına biri də əlavə edilib. İyulun 22-dən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan filialı üzrə tələbə qəbuluna start verilib. 

Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, növbəti tədris ili üçün Qobustan peşə təhsili müəssisəsinə ilk dəfə tələbə qəbulu həyata keçirilir. Bu il müəssisəyə 100 nəfər tələbənin qəbulu planlaşdırılıb: “İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu kimi fəaliyyətə başlayacaq müəssisədə sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları istiqamətləri üzrə 5 ixtisas: “Bitkiçilik mütəxəssisi” (XI sinif attestatı ilə), “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” (IX sinif attestatı ilə), “Kompüterlərin təmiri üzrə texnik” (XI sinif attestatı ilə), “Dərzi” (IX sinif attestatı ilə), “Baytar texniki” (XI sinif attestatı ilə) üzrə tələbə qəbulu həyata keçirilir”.

Direktorun sözlərinə görə, müəssisədə dövlət vəsaiti hesabına 1 və 2 illik qruplarda texniki peşə təhsilinin verilməsi nəzərdə tutulub: “Dövlət Məşğulluq Agentliyi, Qobustan Rayon İcra Hakimiyyəti, icra nümayəndəlikləri, bələdiyyə sədrləri ilə, həmçinin regiondakı işəgötürən müəssisələrin nümayəndələri ilə kadr ehtiyacları barədə il ərzində bir neçə dəfə müzakirələr aparılıb. Bu müzakirələrdən sonra 5 ixtisasın açılması ilə bağlı sifariş vermişik”.

Peşə təhsili müəssisəsinin yerləşdiyi ərazi də region üçün uğurla seçilib: “Bu çox önəmli məqamdır ki, peşə təhsili müəssisəsi Qobustanın tam mərkəzində, əlçatan yerdə, “Azərxalça” ASC-nin keçmiş Qobustan filialının binasında fəaliyyətə başlayacaq. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu Dağlıq Şirvan iqtisadi rayonunda Şamaxı və İsmayıllıdakı peşə təhsili müəssisələrindən sonra üçüncü peşə təhsili müəssisəsidir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin tabeçiliyində fəaliyyət göstərəcək. Korpus rəhbəri, tədris və təlim işləri, inzibati və təsərrüfat işləri üzrə koordinator ştatları, bir psixoloq olacaq”.

İşə götürən müəssisələrlə qarşılıqlı əməkdaşlıqların da artıq bünövrəsi qoyulduğunu vurğulayan C.Bağırov əlavə edib ki, Qobustan korpusu da digər peşə təhsili müəssisələrinin üstünlüklərinə sahibdir: “Müəssisənin  müasir kampusu var. Təhsilalanlar tələbə təqaüdü alacaqlar. Bütün ixtisaslar üzrə işəgötürən müəssisələrə təlim-təcrübə səfərləri təşkil ediləcək. Təhsilalanlarımız fəal tələbə həyatı yaşayacaq, beynəlxalq və regional layihələrdə iştirak imkanı əldə edəcəklər. Müəssisənin hazırda tədris korpusu və emalatxanası var. İnfrastrukturda sonradan ehtiyaca görə islahatlar aparılacaq”.

Cəlil Bağırovun sözlərinə görə, iyulun 25, 28, 29, 30, 31-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan işçi qrup əhaliyə yerində müraciət və qeydiyyat zamanı dəstək məqsədilə Qobustan Gənclər Evində fəaliyyət göstərib: “Həmin günlərdə Qobustan əhalisi ixtisas seçimində işçi qrupun dəstəyindən faydalanıb, peşə təhsilində bu və başqa fürsətlərlə bağlı ətraflı məlumat əldə ediblər”.

Şərhlər

Xəbər lenti

14 avqust, 17:46

Alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcək 9 nəfərdən ibarət ilk qrup dövlət nümunəli sertifikat aldı 

14 avqust, 17:20

SABAH qruplarına müəllimlərin işə qəbulu davam edir

14 avqust, 17:14

MİQ müsabiqəsinin müsahibə mövzuları AÇIQLANIB

14 avqust, 17:13

Qısamüddətli peşə təlimi keçən müdavimlərlə görüş keçirilib

14 avqust, 17:07

“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq

14 avqust, 16:58

347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq

14 avqust, 16:43

Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

14 avqust, 16:39

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir

14 avqust, 16:12

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

14 avqust, 14:17

MÜTDA: “Rəqəmsal məktəb” platformasının nəticələri təhlil edilir

14 avqust, 13:51

Azərbaycanlı alimin rəhbərlik etdiyi komanda yarım milyon dollarlıq qrant aldı

14 avqust, 13:48

Dünyada və Azərbaycanda illik dərs günlərinin sayı nə qədərdir? – ARAŞDIRMA

14 avqust, 13:36

Yeniyetmə və gənclər yarışda: Robot sistemləri dizayn edirlər

14 avqust, 13:27

SABAH qruplarında oxumaq istəyənlər ixtisas seçimində bunu qeyd etməlidirlərmi?

14 avqust, 13:11

Azərbaycanla Özbəkistan arasında elm, peşə və ali təhsil sahələrində əməkdaşlığa dair saziş təsdiqləndi – FƏRMAN

14 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

14 avqust, 12:13

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

14 avqust, 12:05

“Harvard, Stanford, Oksford...” – Nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş 

14 avqust, 11:23

Musiqi təhsili savadlılığı necə inkişaf etdirə bilər?

14 avqust, 11:21

Ən çox elmi dərəcə filologiya sahəsində verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.