Bütün xəbərlər
15 may, 17:37

Mayın 15-də ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma memorandumu imzalanıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi ADA Universitetinin rektoru səfir Hafiz Paşayev və “Bayraktar Texnoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.

Sənədə əsasən tərəflər çoxşaxəli akademik fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Hər iki qurum tədris prosesinin təkmilləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi, ortaq kursların hazırlanması, tələbə və müəllimlər üçün təlimlərin icrası da daxil olmaqla qarşılıqlı maraqdan irəli gələn bir sıra istiqamətlər üzrə tərəfdaşlıq edəcəklər. Həmçinin memorandum çərçivəsində birgə tədqiqat layihələri irəli sürüləcək, konfrans və seminarlar təşkil ediləcək.

Razılaşmaya əsasən, ADA Universitetinin tələbələri üçün “Bayraktar Texnoloji Azərbaycan”da təcrübə və iş imkanları yaradılacaq.

Memorandumun qüvvədə olduğu üç il ərzində tərəflər birgə fəaliyyəti təşviq etmək məqsədilə mütəmadi olaraq əməkdaşlığın qiymətləndirilməsi və gələcək təşəbbüslərin müzakirəsi üçün görüşlər təşkil edəcəklər.

Xatırladaq ki, memorandumun imzalanması ilə bağlı ilkin razılıq ötən ilin sonunda tərəflər arasında keçirilmiş tanışlıq görüşü zamanı əldə edilib. Həmin görüşdə əməkdaşlığın mümkün istiqamətləri, ortaq maraqlar və gələcək fəaliyyət planları geniş şəkildə nəzərdən keçirilib və bu danışıqlar nəticə etibarilə bu il rəsmi sənədin imzalanması ilə yekunlaşıb.

1 /3

Şərhlər

Xəbər lenti

1 iyul, 16:33

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

1 iyul, 12:56

ABŞ-də Akademiya və İnnovasiya Forumu keçirilib

1 iyul, 12:48

ADPU bu ixtisaslar üzrə magistraturaya qəbul elan edir

1 iyul, 12:18

Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı

1 iyul, 12:18

Həssas uşaqların yay tətili

1 iyul, 12:12

Sabahın hava proqnozu açıqlanıb

1 iyul, 11:22

Təcrübəli müəllim: Dil yalnız ünsiyyət vasitəsi deyil, düşüncənin özüdür

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.