Bütün xəbərlər
1 iyul, 15:15

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkında təntənəli “Məzun günü” tədbiri təşkil olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Məzun günü”ndə açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ADNSU bu gün Azərbaycan iqtisadiyyatı üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindən biridir. Dosent Rüfət Əzizov məzunlara müraciət edərək qeyd edib ki, onlar universitetin adını hər zaman uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər. 

Elm və təhsil nazirinin müavini İdris İsayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətədavamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar. Məzunları təbrik edən nazir müavinləri çıxışlarında ADNSU məzunlarının ölkə iqtisadiyyatının, xüsusən də sənaye və enerji sahələrinin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, ADNSU-nun məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırladaraq bildirib ki, ADNSU-da formalaşan bilik və peşəkar baza hər bir məzunun gələcək karyerasında əvəzsiz rol oynayır. O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza atdığını vurğulayıb.

Bildirilib ki, bu il ADNSU-nu 4 mindən çox məzun bitirib.

Tədbirdə fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra “Məzun günü” tədbiri sənət adamlarının və tələbələrin musiqi ifaları ilə davam etdirilib.

1 /12

Şərhlər

Xəbər lenti

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.