
Cari ildə "HundrED" və "Montessori Global Education" təşkilatlarının birgə əməkdaşlığı ilə "Uşaq mərkəzli öyrənmə" hesabatı hazırlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyun sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabatda uşağın təlim prosesində passiv iştirakçıdan daha çox fəal kəşfiyyatçı və qərarverici subyekt kimi iştirak etdiyi təhsil modellərinə xüsusi diqqət yetirilir. Hesabatın məqsədi dünyanın müxtəlif ölkələrindən toplanmış təhsil innovasiyalarını ümumiləşdirərək praktik, miqyaslana bilən və müsbət nəticələr verən nümunələri təhsil ictimaiyyətinə təqdim etməkdir.
– uşağın fəal öyrənən kimi dəstəklənməsi;
– daxili motivasiya və maraqlara hörmət olunması;
– sərbəstlik daxilində müstəqilliyin təşviqi;
– müəllimin bələdçi və yönəldici rolu;
– inkişaf etdirici və öyrənməyə həvəsləndirici tədris mühiti
Bu prinsiplərə əsaslanan innovasiyalar uşağın öz maraq və ehtiyaclarına uyğun şəkildə öyrənmə motivasiyasını artırır, təlim prosesini daha mənalı və məqsədyönlü edir. Bu yanaşmanın tətbiqini nümayiş etdirmək məqsədilə hesabatda 14 təhsil təşəbbüsündən ibarət nümunəvi innovasiyalar təqdim olunur. Hər biri müxtəlif ölkələrdən və sosial-mədəni kontekstlərdən olan bu təşəbbüslər təhsil sistemlərindəki imkan və məhdudiyyətlərə baxmayaraq, uşağın öyrənmənin mərkəzində olduğu, onun maraqları və daxili motivasiyasına əsaslanan, sosial və akademik inkişafı birləşdirən öyrənmə mühitlərinin necə qurula biləcəyini nümayiş etdirir.
Nepal "Canopy Nepal" – bu proqram uşaqların mərkəzi olduğu tədris mühiti və öyrənmə üsullarını əhatə etməyə, onları yerli kontekstə uyğunlaşdırmağa yönəlir. Proqram 140 000-dən çox şagirdə xidmət edir, kurikulumun şagirdin həyatına uyğunluğunu, sosial ədalətə əsaslanan pedaqogikanı və güclü icma tərəfdaşlığını təmin edir. Struktur dəyişikliyə nail olmaq üçün yerli hökumət rəsmiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Malayziya "CLASS ONE" platforması fərdiləşdirilmiş onlayn dil tədrisinə yönəlib. Bu proqram 10 000 şagirdə onların öyrənmə sürətinə uyğunlaşdırılan fərdi təlim təklif edir. Hər bir dərs uşaqların maraqlarına uyğun olaraq tərtib edilir. Müəllimlər uşaq yönümlü strategiyalar üzrə təlim alır və tədris prosesində uşağın motivasiyasını artırmaq üçün şəxsiyyətyönümlü strategiyalardan istifadə edirlər.
Nigeriya "Giddy2School Education Initiative" proqramı – Afrikada məktəbəqədər təhsildən kənarda qalma hallarının aradan qaldırılması və təhsilə çıxışın artırılmasını hədəfləyən inklüziv bir təhsil modelidir. Layihə ümumilikdə 6,9 min şagirdi əhatə edir və təhsil yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır, liderlik, cəmiyyətə xidmət və peşə bacarıqları kimi müxtəlif sahələri də əhatə edir.
Proqram həmçinin müəllimlərin peşəkar inkişafına diqqət yetirərək onları əməkdaşlığa əsaslanan uşaq mərkəzli təhsil modelləri və layihə əsaslı metodlara işləməyə istiqamətləndirir.
Sinqapur "HoloTracker" proqramı – süni intellekt vasitəsilə uşaqların sosial-emosional inkişafını izləyir. 30 000-dən çox şagirdi əhatə edən bu proqram gündəlik müşahidələr apararaq və onları rəqəmsal formada qeydə alaraq məsuliyyət, dözüm və yaradıcılıq kimi qeyri-akademik bacarıqları qiymətləndirir.
Bu proqram müəllimlərin yalnız akademik nailiyyətlər əldə etməsinə deyil, həm də uşağın ümumi inkişafına diqqət yetirmək imkanı verir.
Uqanda "Flying Colors" proqramı – internetə çıxışı olmayan, resurs baxımından məhdud bölgələr üçün nəzərdə tutulmuş layihə əsaslı öyrənmə modelidir. 1400 şagirdi əhatə edən bu model "Kolibri offline" platformasından istifadə etməklə şagirdləri real həyat problemləri üzərində düşünməyə sövq edir və problem həlletmə bacarıqları qazandırır.
İspaniya "Learnlife: Pathways to Possibilities" – proqramı imtahanlar əvəzinə fərdi inkişaf strukturuna malik təhsil modelini irəli sürür. Bu proqram vasitəsilə 2000 şagird fərdi təhsil planları yaratmaq, layihələri tamamlamaq, tədqiqat aparmaq və təqdimatlar etməklə öz biliklərini nümayiş etdirirlər.
Proqramın əsas məqsədi şagirdi ömürboyu öyrənməyə hazırlamaqdır.
ABŞ "Content Creation Lab" proqramı – ABŞ-də pandemiya dövründə gəncləri təhsilə cəlb etmək məqsədilə yaradılıb. Hazırda proqram 16 ölkədə 5400-dən çox şagird üçün əlçatandır. Burada gənclər yalnız öyrənmək deyil, həm də öz kurslarını və kontentlərini dizayn edirlər. Bu proqram xüsusilə məzmun yaratmaq üçün ideyalar verə bilən bir model olub ənənəvi məktəb sistemində çətinlik çəkən və ya orada müvəffəq ola bilməyən uşaqlar üçün uğur əldə etməyi mümkün edir.
Niderland "Curiosity Clubs" proqramı – marağa əsaslanan qeyri-formal öyrənmə məkanları təşkil edir. Bu klublar şagirdlərin istəklərinə uyğun fəaliyyətlər təklif edir: kodlaşdırma, psixologiya, rəssamlıq, neyroelm və s. İştirakçılar öyrəndiklərini sərbəst şəkildə paylaşır və öz maraqlarını kollektiv şəkildə nkişaf etdirirlər.
Qlobal "Destination Imagination Challenge Experience" proqramı – komanda tərəfindən layihə əsaslı STEAM problemlərinə həll yolları hazırlayan və sonra öz həllərini turnirlərdə canlı təqdim edən Çağırışlardır. Burada şagirdlər öz əməkdaşlıq, yaradıcılıq və layihə əsaslı öyrənmə bacarıqlarını inkişaf etdirirlər. Bu proqramda tapşırıqların cavabı üçün vaxt məhduddur, bu da sürətli qərarvermə bacarığını stimullaşdırır.
İspaniya Learnlife – "Pathways to Possibilities" proqramı ənənəvi imtahanlardan və sinif strukturlarından uzaq fərdi öyrənmə imkanları təqdim edir. Şagirdlər öz maraqlarına uyğun layihələr hazırlayır, reflektiv gündəliklər yazır və öyrənmə tempini özləri müəyyənləşdirirlər.
Yeni Zelandiya "Play-Based Learning Observation Tool (P-BLOT)" proqramı oyun əsaslı öyrənmədir. Bu platforma müəllimlər üçün nəzərdə tutulmuş müşahidə və təhlil vasitəsidir. Sinifdə oyun əsaslı öyrənməni izləyir və planlaşdırmağa kömək edir. Müəllimlər isə uşağın inkişafını məqsədyönlü şəkildə sənədləşdirmək və izləmək üçün istifadə edirlər.
Belçika "MyMachine" proqramı – şagirdlər tərəfindən yaradılmış ixtiraların, ideyalarının prototip əklində reallaşdırıldığı 3 mərhələli bir modeldir. Bu mərhələlər: ideya yaratma (ibtidai siniflər), dizayn və prototipləşdirmə (orta məktəb və universitet tələbələri) formalarında həyata keçirilir.
Kolumbiya “PROYECTIVIDA” – proqram şagirdlərə "Şəxsi həyat" layihəsi qurmaq imkanı yaradan proqramdır. Onlar məqsədlər müəyyən edir, öz güclü tərəflərini dəyərləndirir və gələcək planlarını strategiyaya çevirirlər. Bu xüsusilə orta məktəb səviyyəsində tətbiq olunur.
İsveçrə "Street Racket - Anyone, Anytime, Anywhere" proqramı – sadə avadanlıqlarla və minimal aydalarla keçirilən idman və sosial oyun modelidir. Məqsəd uşaqların fiziki aktivliyini artırmaqla anaşı, əməkdaşlıq, problem həllətmə və qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.
Hindistan "Using Play to Better our World" proqramı oyun əsasında sosial-emosional bacarıqların inkişaf etdirilməsi üçün istifadə olunan metodologiyadır. Şagirdlər oyun vasitəsilə empatiya, özünüifadə, əməkdaşlıq və sosial məsuliyyət kimi dəyərləri öyrənirlər.
Bütün qeyd olunan proqramların tətbiqi təşəbbüslərinə baxmayaraq, hesabatda bu sahədə çətinliklərin də olduğu qeyd olunur. Əsas çətinliklər arasında isə təhsil sistemlərində dəyişikliklərə qarşı müqavimət, müəllim hazırlığının zəifliyi, resurs çatışmazlığı və mövcud qiymətləndirmə sistemlərinin məsələn, test əsaslı) mürəkkəbliyi göstərilir. Sadalanan problemlərin həlli üçün əsas şərtlər müəllim hazırlığı, çevik kurikulum, alternativ qiymətləndirmə vasitələri və rəhbərlik səviyyəsində baxış dəyişiklikləridir. Hesabat göstərir ki, "Uşaq mərkəzli öyrənmə" yanaşması yalnız uşağa bilik vermək deyil, həm də onu düşünən, dəyər yaradan və cəmiyyətə fayda verən bir fərd kimi formalaşdırmaq üçün universal bir vasitədir.
Mənbə: HundrED. (2025). HundrED spotlight: Child-centred learning. https://hundred.org/en/collecons/child-centred-learning
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər