
Yeni tədris ilinin başlanması münasibətilə təhsil müəssisələrində yenidənqurma, əsaslı və cari təmir işləri aparılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2025–2026-cı tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumilikdə 80 təhsil müəssisəsində infrastrukturun yenilənməsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, 70 təhsil müəssisəsində cari təmir, 8 təhsil müəssisəsində əsaslı təmir, 2 təhsil müəssisəsində isə yenidən tikinti işləri həyata keçirilib.
Bu proses dövlətin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu siyasətin əsas məqsədi təhsilin keyfiyyətinin artırılması, müasir öyrənmə mühitinin yaradılması və bərabər təhsil imkanlarının təmin olunmasıdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər