
Sentyabrın 13–14-də Abşeron Olimpiya İdman Kompleksində şotokan karate üzrə XXXIII ölkə çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yarışda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan, Naxçıvan Muxtar Respublikası və digər regionlardan 30-a yaxın klubun tərkibində 400-ə qədər idmançı iştirak edib.
Muxtar respublikanı yarışda “Naxçıvan” Karate Klubundan baş məşqçi Taryel Bağırovun rəhbərliyi ilə 6 idmançı təmsil edib. Naxçıvanlı idmançılar 1 qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olublar.
İdmançılardan ən yaxşı nəticə Fatimə Bağırzadəyə məxsus olub. 10–11 yaş qızlar arasında -36 kq çəki dərəcəsində çıxış edən Fatimə 1-ci yeri tutaraq qızıl medal qazanıb. Klubun digər üzvlərindən Elgün Zeynalov (16–17 yaş, -68 kq çəki), Güllər Hüseynova (14–15 yaş, +61 kq) və Sona Nəcəfbəyli (8–9 yaş, -28 kq) gümüş medal əldə ediblər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər