
“Əvvəllər şəhadətnamələr kağız daşıyıcıda təqdim olunurdu. Son bir neçə ildir ki, bu sənədlər elektron formada verilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.
“Biz bu cəhdlərlə qarşılaşırıq və bəzən insanlar bu halların qurbanına çevrilirlər. Bu baxımdan vətəndaşlar da bu vəziyyətlərdə ön plana çıxır. Eyni zamanda son illərdə aparılan rəqəmsallaşma siyasəti fonunda “myGov”a sənədi yerləşdirməsi vaxtı araşdırılır. Və araşdırma zamanı saxtalaşdırma hallarının şahidi oluruq”, – deyə o bildirib.
O qeyd edib ki, bəzi vətəndaşlarımız müraciət edərək bildirirlər ki, şəhadətnamələri şəxsi kabinetdə əks olunmur. Araşdırmalar nəticəsində isə məlum olur ki, təqdim edilən sənəd saxtadır:
“Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Nəticədə vətəndaş bu prosesin qurbanına çevrilib. Biz bu halları araşdırırıq və çox vaxt belə sənədlərin saxta olduğu tərəfimizdən müəyyən edilir. Bu baxımdan, rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına və bu cür halların qarşısının alınmasına dəstək verir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər