
“Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrə agentliyə ümumilikdə 226 müraciət daxil olub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.
O qeyd edib ki, qeyd edilən peşələr “Aşpaz, “Qənnadıçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər” olub.
“Müraciət edən vətəndaşlardan 200 nəfəri tərəfimizdən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir”, – deyə T.Əhmədov bildirib.
Qeyd edək ki, QFİTT üzrə qiymətləndirmə və tanınma müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər