
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə, müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib.
"Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9-u uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib.
Qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür".
Onun sözlərinə görə, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.
"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxsləri və onların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərə almağa çağırırıq", – deyə o əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər