
OECD tərəfindən Xorvatiya Respublikasının təhsil və bacarıq sistemini hər tərəfli şəkildə təhlil edən "Xorvatiyada təhsil və bacarıqlar" adlı hesabat hazırlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyun sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabat sənədində Xorvatiyanın təhsil siyasətləri, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri və nəticə göstəriciləri əsaslı şəkildə araşdırılıb.
Həmçinin hesabatda bildirilir ki, Xorvatiya məktəbəqədər, ümumtəhsil və ali təhsil səviyyələrində əsaslı islahatlar həyata keçirməkdədir. Belə ki, məktəbəqədər təhsil sahəsi üzrə iştirak səviyyəsində artım müşahidə olunub. Lakin sosial-iqtisadi və coğrafi fərqliliklər səbəbindən aztəminatlı və kənd rayonlarında yaşayan ailələrin övladlarının məktəbəqədər təhsilə çıxışı məhdud olduğundan bu artım bərabər paylanmamışdır. Xüsusilə Roma əsilli uşaqların məktəbəqədər təhsildə iştirakı ciddi şəkildə məhduddur. Belə ki, Xorvatiyada Roma əsilli uşaqlar arasında məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 24% təşkil edir. Halbuki ümumi əhali üzrə bu göstərici 79%-dir. Eyni zamanda, 0-2 yaş qrupuna məxsus uşaqlarda ailənin gəlir səviyyəsinə görə məktəbəqədər təhsildə iştirak nisbətində də ciddi fərq müşahidə edildiyi bildirilir. Belə ki, yüksək və aşağı gəlirli ailələrə mənsub uşaqlar arasında məktəbəqədər təhsildə iştirak fərqi 24%-ə bərabərdir və bu göstərici OECD ölkələri ilə müqayisədə ən yüksək göstəricilərdən biri hesab olunur. Eyni zamanda, Xorvatiya ümumtəhsil pilləsi üzrə təlim nəticələrinə görə Avropa İttifaqı üzv ölkələr arasında ən yüksək göstəriciyə sahibdir.
2022-ci il üzrə PISA beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən pandemiya dövründə bir sıra OECD-ə üzv ölkələrdə müşahidə olunan performansın kəskin aşağı düşməsi Xorvatiyada aşkarlanmamış, yüksək və aşağı nəticə göstərən şagirdlər arasında ciddi dəyişikliklər baş verməmiş, nəticələrin isə uzun müddət stabil olaraq qaldığı məlum olmuşdur.
Hesabatda sosial-iqtisadi statusun hələ də şagirdlərin təhsil istiqamətini müəyyənləşdirməkdə mühüm əhəmiyyət daşıdığı da qeyd edilir. Belə ki, PISA məlumatları göstərir ki, sosial-iqtisadi cəhətdən aztəminatlı ailələrdən olan şagirdlər peşə təhsilinə daha çox yönəldikləri halda, sosial-iqtisadi cəhətdən üstün olan şagirdlər gimnaziya və akademik proqramlara üstünlük verirlər. Bu seçim prosesində qiymətləndirmə sisteminin yalnız müəllimin verdiyi qiymətlərlə məhdudlaşdırılması, standartlaşdırılmış referans sistemlərinin və qiymət moderasiyasının olmaması, sosial-iqtisadi statusun təsirini daha da artırır və bərabərsizliyi dərinləşdirir.
Hesabatda ali təhsil sistemində də ciddi struktur problemlərin olduğu vurğulanır. Qeyd olunur ki, ali təhsildə tələbə qəbulunda əsasən Beynəlxalq standart təhsil təsnifatı (ISCED - International Standard Classification of Education) 6-cı səviyyəsi və daha yuxarı akademik proqramlara üstünlük verilir ki, bu da ali təhsilin strukturunda akademik yönümlü proqramların dominantlıq təşkil etməsinə gətirib çıxarır. Orta məktəbi bitirən şagirdlərin təxminən 70%-i ali təhsilə daxil olur, lakin bu yüksək qəbul nəticəsinə baxmayaraq, ali təhsili uğurla tamamlayanların sayı xeyli aşağıdır və tələbə itkisi 40-45% civarında dəyişir. Bundan əlavə, ali təhsili bitirən məzunların əmək bazarına inteqrasiyası digər Avropa ölkələri ilə müqayisədə peşə fəaliyyətinə daha gec başlayırlar ki, bu da əmək bazarında bacarıq çatışmazlığı problemi yaradır. Bu baxımdan ali təhsildə pedaqoji hazırlığın gücləndirilməsi istiqamətində OECD ölkələrinin təcrübəsinə əsaslanaraq birinci kurs tələbələri üçün sistemli dəstək proqramlarının yaradılması və tələbələrin fikir və ehtiyaclarının kurikuluma inteqrasiyası tövsiyə olunur.
Məsələn, Niderlandda universitet müəllimləri üçün məcburi pedaqoji kvalifikasiya (UTQ) tətbiq olunur və bu ali təhsildə tədrisin keyfiyyətinin artırılmasına xidmət edir. ABŞ-da Corciya Universitetinin birinci kurs tələbələri üçün "co-requisite" dəstək proqramları uğurla tətbiq edilir. Hesabatda qeyd olunan çətinliklərin aradan qaldırılması istiqamətində Xorvatiya hökuməti geniş islahat paketi hazırlayıb. Belə ki, "Tam gün məktəb" konsepsiyası vasitəsilə şagirdlərin təhsildə daha uzun müddət qalması təmin edilir. Bacarığa əsaslanan kurikulum və modul əsaslı peşə təhsili proqramları isə təhsil proqramlarının əmək bazarına uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda, Regional Kompetensiya mərkəzləri vasitəsilə praktiki öyrənmə imkanları genişləndirilir. Ali təhsildə performansa əsaslanan maliyyələşdirmə modeli tətbiq olunur ki, bu da həm təhsilin keyfiyyətinin yüksəldilməsini, həm də elmi-tədqiqat fəaliyyətlərinin təşviq edilməsini hədəfləyir. Bundan əlavə, yetkinlərin ömürboyu öyrənməsi üçün vauçer sistemi tətbiq edilib, lakin ilkin mərhələdə daha çox təhsilli və imkanlı şəxslərin bu fürsətdən yararlandığı müşahidə olunur.
Hesabatda Xorvatiyada məktəb təhsilinin maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir və ölkədə təhsil sektoruna yönəldilən vəsaitin ən böyük payını təşkil etdiyi bildirilir. Son illərdə şagird sayının azalması fonunda maliyyə resurslarının daha səmərəli və məqsədyönlü istifadəsi, həmçinin xarici resursların cəlb edilməsi əsas prioritetlərdəndir. Məktəbəqədər və məktəb təhsilinin genişləndirilməsi üçün maliyyə strategiyalarının hazırlanması, dövlət və özəl sektorlar arasında xərclərin daha bərabər bölüşdürülməsi, ailələrin maliyyə yükünün azaldılması kimi məsələlər ön plana çıxır.
Xorvatiyada müəllimlərin və məktəb rəhbərlərinin peşəkarlığının artırılması və liderlik bacarıqlarının inkişafı üçün yeni yanaşmalar da hesabatda təklif olunur. Hesabatda Sloveniya və digər OECD ölkələrinin təcrübəsinə istinad edilərək rəhbərlik üçün xüsusi təlim proqramlarının yaradılması, həmçinin məktəbdaxili liderlik və menecment vəzifələrinin bölüşdürülməsi tövsiyə olunur. Məsələn, Fransa və İngiltərədə məktəb rəhbərlərinə köməkçi vəzifələr yaradılıb, bu da gələcək liderlərin hazırlanmasına və məktəbin inkişafına töhfə verir.
Bundan əlavə, Xorvatiyada kurikulumun mərkəzləşdirilmiş idarəetmədən çıxarılması və müəllimlərin peşəkar mühakiməsinə daha çox etibar edilməsi istiqamətində islahatlar aparılır. Yeni standartlaşdırılmış qiymətləndirmə sisteminin tətbiqi müəllimlərə obyektiv istinad nöqtəsi verir və hökumətə islahatların nəticələrini izləməyə imkan yaradır. Peşə təhsili və təlimi (VET) üçün modul əsaslı kurikulumun hazırlanması, əsas kompetensiyaların möhkəmləndirilməsi və ixtisaslaşmaların diversifikasiyası əsas məqsədlərdəndir.
Son on ildə Xorvatiyada rəqəmsal təhsil texnologiyalarına da böyük investisiyalar qoyulduğu hesabatda vurğulanır. Belə ki, "E-Schools" layihəsi (2015-2023) çərçivəsində məktəblər İKT avadanlıqları, rəqəmsal tədris materialları və müəllimlər üçün İKT təlimləri ilə təmin olunmuşdur. Bu əsasda PISA 2022 nəticələrinə görə, Xorvatiyada şagirdlərin 88,5%-i (OECD ortalaması - 78,2%), müəllimlərin isə yalnız 36%-i İKT-dən istifadə üçün yaxşı hazırlıqlı olduqları qeyd edilmişdir (OECD ortalaması - 43%).
Hesabatda bildirilir ki, 2023-cü ildən etibarən Xorvatiyada ibtidai və aşağı orta təhsil səviyyələrində milli qiymətləndirmə tətbiq olunmuşdur. Bu təhsil keyfiyyətinin monitorinqi və islahatların effektivliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli addımdır. Lakin məktəblərin və müəllimlərin fəaliyyətinin xarici qiymətləndirilməsi və milli səviyyədə tədqiqatlar hələ də məhduddur. OECD ölkələrinin təcrübəsində, məsələn, Cənubi Koreyada milli qiymətləndirmə nəticələri əlavə dəstəyin ayrılması və sistemin inkişafı üçün istifadə olunmuşdur.
Aşağıda hesabatda təklif olunan siyasət tövsiyələri yer alır.
Müəllim və rəhbərlərin dəstəklənməsi: Təhsil keyfiyyətinin artırılması üçün müəllim və məktəb rəhbərlərinin peşəkar inkişafı və liderlik bacarıqlarının gücləndirilməsi, məktəblərdə və məktəbəqədər müəssisələrdə rəhbərlik strukturunun yenilənməsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin
uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Sloveniya məktəb rəhbərləri üçün xüsusi təlim proqramları;
– Şotlandiya müəllim peşəkarlığının dəstəklənməsi;
– Avstraliya müəllimlər üçün milli standartlara uyğun resurslar.
Orta və peşə təhsilinin diversifikasiyası: Akademik ali təhsildən kənar peşəyönümlü "orta səviyyəli" proqramların (ISCED 4 və 5) genişləndirilməsi, İşəgötürənlərlə əməkdaşlıqda yeni təlim proqramlarının yaradılması və peşə imtahanlarının tətbiqi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– İsveçrə peşə imtahanları və əvvəlki təcrübənin tanınması;
– İrlandiya - "Human Capital Initiative" fondu;
– Avstraliya - "National Priorities and Industry Linkage Fund".
Ədalətli imkanlar və dəstək: Xüsusilə aztəminatlı və həssas qruplar üçün maliyyə dəstəyinin və xidmətlərin hədəflənməsi, ailə gəlirinə əsaslanan məktəbəqədər təhsil haqlarının tənzimlənməsi, ali təhsildə sosial dəstəyin davamlı və daha geniş əhatəli olması. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
Seçim və keçid siyasətləri: Şagirdlərin təhsil pillələri arasında keçidini asanlaşdırmaq üçün obyektiv və ədalətli seçim mexanizmlərinin yaradılması, müəllimlərin qiymətləndirmə bacarıqlarının artırılması, təhsil və karyeraya istiqamətləndirilməsinin gücləndirilməsi. Hesabatda bu istiqamətdə aşağıdakı
ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Fransa sinif şuraları və çoxaktorlu qərar mexanizmləri;
– Almaniya onlayn karyera istiqamətləndirilməsi;
– İsveç yetkinlər üçün universitetə qəbul üçün testlər.
İdarəetmə və maliyyələşdirmə: Təhsil sistemində idarəetmə və maliyyələşdirmə mexanizmlərinin sadələşdirilməsi, dövlət və özəl sektorlar arasında səmərəli əməkdaşlıq, resursların demoqrafik dəyişikliklərə uyğun bölüşdürülməsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
İngiltərə 18 yaşdan yuxarı bütün təhsil növləri üçün vahid maliyyələşdirmə çərçivəsi; bəzi OECD ölkələri dövlət-özəl əməkdaşlığı.
Məlumatların toplanması və istifadəsi: Təhsil keyfiyyəti və şagirdlər barədə fərdiləşdirilmiş məlumatların toplanması və təhlilinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Cənubi Koreya milli qiymətləndirmə nəticələrindən istifadə edərək əlavə dəstək və sistemin inkişafı;
– bəzi OECD ölkələri fərdiləşdirilmiş təhsil məlumat bazaları.
Məktəbəqədər təhsil üzrə tövsiyələr: Kadr çatışmazlığının aradan qaldırılması, köməkçi vəzifələrin yaradılması, təlim və peşəkar inkişaf imkanlarının genişləndirilməsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Fransa və İngiltərə köməkçi heyət vəzifələrinin yaradılması.
Bərabər imkanlar: Aztəminatlı və kənd yerlərində yaşayan uşaqlar üçün çıxışın artırılması, ailə gəlirinə əsaslanan ödəniş siyasəti, həssas qruplar üçün əlavə dəstək. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Almaniya gəlirə əsaslanan ödəniş siyasəti.
İdarəetmə: Mərkəzləşdirilmiş planlaşdırma və monitorinq, milli uşaq bağçaları şəbəkəsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– OECD ölkələrində mərkəzləşdirilmiş məktəbəqədər təhsildə planlaşdırması.
Ümumtəhsil üzrə tövsiyələr: Müəllimlərin və rəhbərlərin peşəkar inkişafı, liderlik və idarəetmə strukturunun yenilənməsi, çevik və şagirdyönümlü kurikulum. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Sloveniya rəhbərlik təlimləri;
– Şotlandiya müəllim peşəkarlığı.
Bərabər imkanlar: Keyfiyyətli təhsilə çıxış, obyektiv qiymətləndirmə və seçim. Hesabatda bu istiqamət-də aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Kolumbiya balanslaşdırılmış qiymətləndirmə sistemi.
İdarəetmə: Məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi.
Ali Təhsil üzrə tövsiyələr – Keyfiyyət və əmək bazarına uyğunluq: Proqramların əmək bazarına uyğunlaşdırılması, performansa əsaslanan maliyyələşdirmə, pedaqoji hazırlığın gücləndirilməsi.
Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– İrlandiya - "Human Capital Initiative";
– Avstraliya - "National Priorities and Industry Linkage Fund".
Bərabər imkanlar: Regionlararası və gender fərqlərinin azaldılması, sosial dəstək mexanizmləri.
Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– Almaniya sosial dəstək və təqaüdlər.
İdarəetmə: İdarəetmə strukturunun sadələşdirilməsi, regional ali təhsil imkanlarının gücləndirilməsi.
Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– OECD ölkələrində ali təhsil konsolidasiyası.
Bacarıq siyasəti və ömürboyu təhsil keyfiyyət və müxtəliflik: Yetkinlər üçün təlim imkanlarının genişləndirilməsi, işəgötürənlərlə əməkdaşlıqda yeni proqramlar. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınlılması qeyd olunur:
– İsveçrə - peşə imtahanları və tanınma sistemi.
Bərabər imkanlar: Regionlarda yaşayan böyüklər üçün təlim imkanlarının artırılması, maliyyə dəstəyinin hədəflənməsi. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
– İngiltərə yetkinlər üçün universal təhsil hüququ.
İdarəetmə: Bacarıq siyasətində mərkəzləşdirmə, dövlət qurumları arasında koordinasiya, məlumatların təhlili. Hesabatda bu istiqamətdə aşağıdakı ölkələrin uğurlu təcrübələri nəzərə alınması qeyd olunur:
OECD-nin təqdim etdiyi bu analitik hesabat Xorvatiyanın təhsil sistemində əldə etdiyi uğurları və mövcud boşluqları balanslı şəkildə əks etdirir, eyni zamanda, beynəlxalq təcrübələr əsasında praktik siyasət tövsiyələri formalaşdırır. Xüsusilə demoqrafik azalma, regionlararası bərabərsizliklər və əmək bazarının çevikliyinə olan ehtiyac fonunda təqdim edilən tövsiyələr Xorvatiyanın təhsil sisteminin davamlı inkişafında strateji yol xəritəsi rolunu oynaya bilər.
Mənbə: OECD (2025), Education and Skills in Croatia, Reviews of National Policies for Education, OECD Publishing, Paris, https://doi.org/10.1787/bace00c4-en.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər