Bütün xəbərlər
1 iyul, 16:38

İyunun 30-da Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisəsini uğurla başa vuran tələbələr üçün “Məzun günü” tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılıb. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlayıb.

Universitetin rektoru Anar Eminov qeyd edib ki, cari ildə 878 tələbə universiteti bitirərək məzun adını qazanıb. A.Eminov bildirib ki, bu gənclər artıq müasir Azərbaycanın gələcəyinə yön verəcək, ölkənin inkişafında fəal rol oynayacaq bir nəslin nümayəndələrinə çevriliblər.

O, MDU-nun yalnız ali təhsil müəssisəsi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrildiyini vurğulayıb. Rektor əlavə edib ki, Azərbaycanın bu gün qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü inkişaf strategiyasına əsaslanır. Hazırda ölkənin sosial-iqtisadi və elmi-mədəni həyatında mühüm dönüş nöqtələrinin yaşandığı xüsusi vurğulanıb.

Tədbirin fəxri qonaqlarından olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, bu gün təkcə məzunlar deyil, həm də onların ailələri, müəllimləri və ümumilikdə cəmiyyət üçün bayramdır. O, gənclərə müraciət edərək bildirib ki, bu mərhələ onların həyatında yeni bir başlanğıcdır və burada qazandıqları bilik və dəyərlər onlara düzgün yol göstərəcək. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə çıxışında təhsil alan gənclərin cəmiyyətin fəal vətəndaşlarına çevrilməsinin önəmini vurğulayıb, məzunları və onların ailələrini təbrik edib. O bildirib ki, təhsil hər bir cəmiyyətin inkişafını təmin edən əsas sütunlardan biridir və MDU bu baxımdan ölkəmizin regionları üzrə inkişaf strategiyasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov təhsil sahəsindəki son uğurlardan bəhs edib və MDU-nun bu sahəyə verdiyi töhfələri yüksək qiymətləndirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışında MDU tələbələrinin ictimai fəallığını və ölkə gənclər siyasətindəki fəal iştirakını önə çəkib. 

Tədbirin rəsmi hissəsində MDU-da müxtəlif illərdə təhsil almış və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunların xatirəsi ehtiramla anılıb. 

Sonra MDU-da sosial fəaliyyəti ilə seçilən, universitetin ictimai-mədəni həyatında fəal iştirak edən məzunlara təşəkkürnamə və hədiyyələr təqdim olunub. 

Rəsmi hissədən sonra bədii proqramla davam edən tədbir atəşfəşanlıqla başa çatıb.

1 /26

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.