
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Vendetta” komandası “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, cari mövsüm 1800-dən çox tələbəni əhatə edən yarış ölkənin 9 regionu və Bakı şəhərindən olan 28 ali təhsil müəssisəsini təmsil edən 278 komandanı bir araya gətirib. Turnir üç seçim mərhələsi üzrə təşkil olunub.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, həmçinin Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən yarışın final mərhələsində ölkənin müxtəlif regionlarından gələn 32 komanda mübarizə aparıb.
Yekun nəticələrə əsasən, birinci yerə “Vendetta” komandası (ADNSU) layiq görülüb. Azərbaycan Tibb Universitetinin “Old School” və “HipHoprat” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər