Bütün xəbərlər
5 fevral, 09:25

Fevralın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda bu ali təhsil müəssisəsinin rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində universitetin strukturları tərəfindən icra edilmiş layihələr və həyata keçirilən tədbirlər barədə danışıb.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun 2023/2024-cü tədris ili üzrə məzunlarının məşğulluğu və məzunlarla keçirilmiş sorğunun nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, ADPU-dan məzun olan 2317 bakalavrdan 812-si Azərbaycanda, 72-si xaricdə magistraturaya qəbul olub, 237 nəfəri isə hərbi xidmətə gedib. 1063 nəfər məzun müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib, onlardan 984-ü müsabiqə mərhələsində iştirak etmək hüququ qazanıb, 551 nəfəri isə dövlət ümumi təhsil müəssisələrində işlə təmin edilib. Həmçinin məzunlardan 142 nəfəri dövlət orqanlarında, 308 nəfəri isə özəl təhsil müəssisələrində işə götürülüb.

Beləliklə, Pedaqoji Universitetin 2024-cü ildə əmək bazarına çıxmış məzunlarının məşğulluq göstəricisi 83,7 faiz, işləyən məzunların ixtisas üzrə məşğulluq göstəricisi isə 85,8 faiz təşkil edir.

Məzunlar arasında keçirilmiş sorğunun nəticələrinə əsasən iştirakçıların 76,4 faizi karyerasını təhsil aldığı sahə üzrə, 23,5 faizi digər sahələr üzrə davam etdirməyi planlayır.

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Elmi Şuranın nəzdində fəaliyyət göstərən Elm Komissiyasının yeni tərkibinin təsdiq edilməsi, elmi-dövri jurnalların redaksiya heyəti və redaksiya şuralarının yeni tərkibinin təsdiq edilməsi, professor və dosent elmi adlarının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması, magistrlik dissertasiya mövzusunun və elmi rəhbərlərin dəyişdirilməsi barədə məsələlərlə bağlı çıxış edib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-2030” strateji inkişaf planının təsdiq olunması, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2025-ci il üçün fəaliyyət planı”nın layihəsinin təsdiqi və “ADPU-da tələbələrin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq olunması barədə məruzə edib. Tədris departamentinin direktoru dosent Sənan Əliyev dərs vəsaitlərinin nəşrinə icazə verilməsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov Rektor yanında Keyfiyyət Komissiyasının yeni tərkibi və Keyfiyyət təminatı şöbəsi nəzdində işçi qrupunun yeni tərkibinin təsdiqi barədə çıxış ediblər.

Çıxış edən rektorun müşaviri Ümid Mehdiyev ştat vahidlərində aparılan optimallaşdırma tədbirləri ilə bağlı təklifləri diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin ikinci dəfə elan olunması ilə bağlı təkliflə çıxış edib.

Yekunda qeyd edilən təkliflərlə bağlı müsbət qərarlar verilib, o cümlədən “ADPU 2030” Strateji inkişaf planı təsdiq olunub.

1 /12

Şərhlər

Xəbər lenti

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

22 oktyabr, 10:07

Mütaliə: Ucqar kənddən başlayan təhsil modeli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.