
Oktyabrın 15-də Qazaxıstanın Almatı şəhərində inklüziv təhsil üzrə I Dünya Konqresi öz işinə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə 40-dan artıq ölkəni təmsil edən 1200-dən çox nümayəndə inklüziv təhsilin mövcud vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələrə qatılıb.
Almatıda inklüziv təhsil üzrə I Dünya Konqresi çərçivəsində “İnklüziv təhsildə qlobal meyillər: çağırışlar və həll yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
Konqres çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “dəyirmi masada” çıxış edərək Azərbaycanda inklüziv təhsilin perspektivləri barədə məlumat verib, həmçinin Almatı bəyannaməsinin aktual müddəaları barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, konqres öz işini 17 oktyabrda tamamlayacaq.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər