Bütün xəbərlər
26 avqust, 12:02

"Hazırda İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot tyutor” sisteminin hazırlanmasıdır”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov deyib.

O bildirib ki, bu sistem Azərbaycan dilində həm anlayış, həm də cavab vermə qabiliyyətinə malik olacaq:

“Məqsəd repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etməkdir. Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər”.

Onun sözlərinə görə, layihənin reallaşması üçün əsas ehtiyac məlumat bazalarına çıxışdır. Əgər bu təmin olunarsa, sistem 7-8 aya istifadəyə hazır ola bilər. Layihə üzrə əməkdaşlıq üçün Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparılır: “Bu sistem Azərbaycanda süni intellektin təhsildə tətbiqi sahəsində mühüm dönüş nöqtəsi ola bilər”. 

O əlavə edib ki, İdarəetmə Sistemləri İnstitutunda süni intellekt  sahəsində son dövrlərdə bir sıra əhəmiyyətli tədqiqatlar aparılır. Tədqiqatlar, əsasən, üç istiqamət üzrə cəmlənib: intellektual qərar qəbuletmə, obrazların tanınması və dil texnologiyaları.

İnstitutun tədqiqatçıları Azərbaycan dilində ilk dil modelini yaradıblar. Bu model qlobal miqyasda mövcud olan böyük dil modelləri ilə ölçülə bilməsə də, sırf Azərbaycan dili üçün optimallaşdırılıb və bu dildə olan problemlərin həllinə yönəlib. Bu modelin ilkin tətbiqi sahələri arasında çağrı mərkəzləri üçün virtual asistentlər də yer alır.

1 /1

Şərhlər

Xəbər lenti

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

26 avqust, 11:46

Peşə təhsilini seçənlərin sayı 2 dəfədən çox artıb

26 avqust, 11:40

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb

26 avqust, 11:33

"Yenilənən məktəblər": Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbi – FOTOLAR

26 avqust, 11:20

Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 avqust, 11:18

Əminağa Sadıqov: Süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı prioritet olmalıdır

26 avqust, 11:06

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 avqust, 11:02

Ulduzlara doğru: Yeniyetmələrimizin elm arenasındakı parlaq uğuru

26 avqust, 10:56

Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 avqust, 10:54

Şagirdlərdən 100 faiz uğur – Bir məktəbin iki sinfi ali məktəbə qəbul oldu     

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.