Bütün xəbərlər
25 iyun, 09:16

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) nümayəndə heyəti ilə görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor iki universitet arasında səmərəli əlaqələrin qurulmasını müsbət dəyərləndirib. BMU ilə PKTU arasında kimya, kompüter, mexanika mühəndislikləri ixtisasları üzrə 2+2 modeli əsasında imzalanan ikili diplom müqaviləsindən irəli gələn bir sıra məqamlarla bağlı fikirlərini bölüşən rektor bu müqavilənin təhsil ocaqlarının təcrübələrinin paylaşılması, innovasiyalar üzrə bacarıqlı gənclərin yetişməsinə xidmət etdiyini deyib. Azərbaycanla Çinin dostluq, strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkən rektor Yaqub Piriyev Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu xatırladıb. Eyni zamanda, iki universitet arasında başlanan əməkdaşlığın təhsil sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb. Gənc universitet kimi BMU-nun əldə etdiyi nailiyyətlərə də toxunan Yaqub Piriyev dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) ilk TOP 1000-ə daxil olan ali məktəbin 550 pillə irəlilədiyini bildirib.

Görüşdə ötən həftə İstanbul şəhərində keçirilmiş Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində Çinin 5 ali təhsil müəssisəsinin rəhbər şəxsləri ilə aparılan müzakirələrdən bəhs olunub. Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin qatıldığı həmin görüş zamanı BMU ilə PKTU-nun bu ildən icra edəcəyi ikili diplom proqramı da diqqət mərkəzində olub və qısa müddətdə belə bir proqramın ərsəyə gəlməsi təqdir edilib.

Nümayəndə heyətinin adından çıxış edən PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin sədri Li Qifang ilk dəfə Azərbaycana səfər etdiklərini deyib və Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, BMU ilə qurulan əməkdaşlığı olduqca müsbət qiymətləndirdiklərini söyləyərək əlaqələrin daha da inkişafında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə ikili diplom proqramından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti ilə professor-müəllim heyəti və tələbələrin görüşü təşkil olunub.

Rektor Yaqub Piriyev görüşün imzalanmış ikili diplom müqaviləsi çərçivəsində keçirildiyini bildirib və universitetlə bağlı məlumatların təhsilinin yerdə qalan iki ilini Çində davam etdirmək istəyən tələbələr üçün əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin sədri Li Qifang təqdimatla çıxış edib. Bildirib ki, 1958-ci ildə yaradılmış ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28 min 670 tələbəsi var. Dünyanın 170 ölkəsinin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və bakalavriat, magistratura, doktorantura səviyyələrində proqramlar icra olunur. Təqdimatda, eyni zamanda, universitetin ayrı-ayrı məqamlar üzrə dünya reytinq sıralamasında öncül mövqeləri açıqlanıb, həmçinin beynəlxalq tələbə dinamikası, xarici tələbələr üçün təşkil olunan proqramlar, yay məktəbləri, layihələr, dil öyrənmə kursları haqqında məlumat verilib.

Təqdimatın ardınca BMU ilə PKTU arasında icra ediləcək ikili diplom proqramı əsasında təhsilinin yerdə qalan iki ilini Çində almağa uyğun gələn tələbələrin sualları cavablandırılıb. Eyni zamanda, onlara bir sıra zəruri tövsiyələr verilib.

Görüşdən sonra PKTU-nun nümayəndə heyəti BMU-nun kampusu, laboratoriyaları ilə tanış olub.

1 /5

Şərhlər

Xəbər lenti

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Burada oxuyanların çoxu həkim olmaq istəyir - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

25 iyun, 13:15

Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir

25 iyun, 13:01

Cəzaçəkmə müəssisələrində yeni peşə məktəbləri tikiləcək

25 iyun, 12:57

Beyləqan məktəbinin müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı

25 iyun, 12:54

Peşə təhsili ilə əlaqədar məhkumlara dair vahid informasiya sistemi yaradılacaq

25 iyun, 12:50

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilib

25 iyun, 12:50

Orxan Bəhramov: Elektron imtahanlar daxili şəbəkə üzərindən təhlükəsiz qaydada təşkil olunur

25 iyun, 12:49

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

25 iyun, 12:40

Qərbi Azərbaycan mövzusu tədqiqat işlərinə salına bilər

25 iyun, 12:29

İmtahandan 25 dəqiqə tez çıxdı, 57 bal topladı – Kimya müəlliminin uğuru

25 iyun, 12:14

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanının beşinci günüdür

25 iyun, 12:06

Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 97 faiz olub

25 iyun, 12:04

STEAM Azərbaycan Festivalına qeydiyyat başlayıb

25 iyun, 11:46

Bayram günlərinin hava proqnozu açıqlanıb

25 iyun, 11:40

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

25 iyun, 11:39

Turan Topalova: 351 nəfər DP məzunu ölkəyə qayıdıb

25 iyun, 11:34

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

25 iyun, 11:24

Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.