Bütün xəbərlər
4 mart, 17:05

Gənclər Günündə Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) tərəfindən fəxri fərmanla mükafatlandırılan gənc müəllimlərdən biri də Abdulla Ağamirzəzadədir. Abdulla müəllim 23 fevral 1999-cu ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Orta məktəb təhsilini doğulduğu kənddə alan müsahibimiz 2019-cu ildə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub. Universiteti bitirdikdən 1 il sonra - 2024-cü ildə iştirak etdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanıb və onun nəticələri əsasında Lerik rayonu Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbində riyaziyyat müəllimi işləməyə başlayıb. 1990-cı ildən tam orta məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağı üçün 2006-cı ildə yeni bina tikilib. 70 şagirdin təhsil aldığı məktəbdə 14 müəllim fəaliyyət göstərir.

“Azərbaycan müəllimi” dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən məktəbdə dərs deyən müəllimlə müsahibəni təqdim edir:

”Bu işimlə cəmiyyətə daha çox fayda verəcəyimi düşündüm”

- Abdulla müəllim, bu yaxınlarda Lərmərud kəndi ilə bağlı bir videogörüntüyə baxdım. Buludların səviyyəsi kəndin səviyyəsindən bir neçə metr aşağıda görünürdü, sanki buludların üzərində dərs keçirsiniz...

- Həqiqətən, “buludların üzərində” dərs keçmək çox maraqlıdır, sanki insan səmadadır. Qonşu kənd məktəbində də işləmək şansım vardı, özüm bu ucqar dağ kəndini seçib buraya gəldim. Burada işləməyin öz çətinliyi var, amma insan öz peşəsini sevirsə, bütün çətinliklərin öhdəsindən gəlir. Şagirdlərim məni, mən də onları sevirəm. 
 

m

- “Müəllim olmaq çətindir”, “Yaxın məktəblərdə vakant yer yoxdur”, “Müəllimin maaşı az olur” kimi bəhanələrlə başqa sahələrə yönələn gənc müəllimlərin bu fikirlərində həqiqət var?

- Məncə, belə düşünənlər müəllimlik peşəsini istəyərək seçməyiblər. Çünki insan peşəsini sevərək seçəndə peşəkar olmaq üçün çalışır. Heç bir çətinlikdən çəkinməyərək peşəsinin ardınca gedir.

- “Riyaziyyat elmlərin şahıdır” fikri ilə razısınız? 

- Bəli, tam razıyam. Çünki həqiqətən də hər bir sahədə, hətta gündəlik həyatımızda belə, riyazi biliklər bizə lazım olur.

- Riyaziyyatçı olmasaydınız da bu fikirlə razı olardınız?

- Əlbəttə, çünki riyaziyyatsız həyat olmaz.

“Bir məsələnin bir neçə yolla həll etdirilməsi şagirdin riyazi təfəkkürünün formalaşdırılmasına daha yaxşı təsir göstərir”

- İnternetdə çinlilərin riyaziyyat misallarının həlli ilə bağlı videoları geniş yayılır. Bizim öyrəndiklərimizin əksinə olaraq, onlar böyük ədədləri bir-birinə daha asan vurur və çox sadə yolla cavab tapırlar. Belə təcrübələrdən istifadə edirsiniz?

- Şagirdin dərsə marağı onun müstəqilliyindən, prosesdə fəal iştirak etməsindən asılıdır. Bunun üçün müəllim şagirddə fənninə maraq oyatmalıdır. Riyaziyyatda məsələlərin həlli şagirdlərin riyazi bacarıqlarını inkişaf etdirməyin səmərəli yoludur. Məsələ həlli zamanı şagirdlərin müstəqilliyi artır, təfəkkür fəallığı yüksəlir, nəzəri materialla praktik iş arasında əlaqə yaratmaq imkanı genişlənir. Bir məsələnin bir neçə yolla həll etdirilməsi şagirdin riyazi təfəkkürünün formalaşdırılmasına daha yaxşı təsir göstərir. Bu zaman onlar öz mülahizələrini irəli sürür və fikir mübadiləsi aparırlar. Bu zaman yaradıcı, düşündürücü məsələlərin düzgün seçilməsi və onların tədris olunan materialla əlaqələndirilməsi şagirdin məsələyə marağını daha artırır. Şagirdlərin yazı təfəkkürünün formalaşdırılması üçün məsələlərin çətinlik dərəcəsini tədricən artırmaq məqsədəuyğundur. Uşaqlarda sərbəst məsələ tərtib etmək bacarığı yaratmaq lazımdır ki, çatışmayan şərti onlar axtarıb tapsınlar. Bu, çox vaxt sürətlərin müqayisəsində istifadə edilir. Hansı sürət məlum deyilsə, şagird onu axtarıb taparaq məsələni həll etməlidir. Bu, şagirddə fənnə sevgini artırır. Mən özüm bir dərs şagirdlərimə riyaziyyatda olan “Pi” ədədi haqqında çox maraqlı bir fakt dedim və bütün şagirdlərin marağına səbəb oldu. “Pi” ədədinin içində istənilən insanın doğum tarixi olur, bunun dərsdə tətbiqi şagirdlərdə çox böyük maraq yaratdı, hətta hamısı öz doğum tarixinin hansı mərtəbədə olduğunu bilmək istədi, mən də onlara göstərdim.

- Dərs prosesində hansı metodlardan istifadə edirsiniz?

- Riyaziyyatda istifadə edilməli metodlar çoxdur. Ən çox istifadə etdiyim metodlardan biri beyin həmləsidir. Bunu etməkdə məqsədim isə daha əvvəl keçirilən mövzuları xatırlatmaqdır. Bununla şagirdlərin sərbəst fikir yürütmək bacarığını da önə çıxarıram. Bundan başqa, dərsdə müxtəlif oyunlar da keçirirəm.


- Özünüz də gəncsiniz, məktəbli olduğunuz illər çox da uzaq keçmişdə deyil. Müasir dövrün yeniyetmələri ilə işləməyin çətinlikləri nələrdir? 

- Müasir uşaqlarla işlədiyim zaman çətinlik çəkdiyim bir məsələ var. Bu da odur ki, şagirdlər özlərini tam şəkildə ifadə edə bilmirlər. Mən bunun səbəbini virtual ünsiyyətin çox olmasında görürəm. Bunu aradan qaldırmaq üçün daha çox canlı ünsiyyətdə olmalı, kitablar oxumalıdırlar.

“Şagirddən bacardığından artığını tələb etmək sonda pis nəticələrə gətirib çıxarar”

- Bəzən valideynlərin gözləntiləri ilə şagirdlərin potensialı üst-üstə düşmür. Belə hallarda çətin vəziyyətə müəllim düşür...

- Bu fikir çox doğrudur. Valideyn övladından çox şey istəyir, amma şagirdin potensialı yetərincə olmur. Bunu aradan qaldırmaq üçün daim valideynlərlə əlaqə saxlayıram. İzah edirəm ki, şagirdin mənimsəyə bildiyi bilikdən artıq məlumat əldə etməsi ona yaxşı deyil, pis təsir edə bilər. Şagirddən bacardığından artığını tələb etmək sonda pis nəticələrə gətirib çıxarar.

- Ümumiyyətlə, valideyn iclaslarında ən çox eşitdiyiniz  iradlar nələrdir?

- Valideyn iclaslarında ən çox ev tapşırıqlarının yoxlanılmamasına görə iradlar bildirilir. İzah etməyə çalışıram ki, izahı vaxt tələb edən yeni mövzu keçildikdə müəllim üçün tapşırıqları yoxlamaq çətin olur.  

“Müəllim özü imtahandan keçə bilmirsə, şagirdlərinə nə öyrədəcək?!”

- Bu il riyaziyyat fənnindən də sertifikatlaşdırma olacaq. Sertifikatlaşdırmanın olmasına, sertifikasiyadan keçməyənlərin işindən kənarlaşdırılmasına münasibətiniz necədir?

- Əlbəttə ki, sertifikatlaşdırma məni qane edir. Sertifikatlaşdırmada müəllimin bilik və bacarıqları yoxlanılır. Əgər müəllim özü imtahandan keçə bilmirsə, onda şagirdlərinə nə öyrədəcək?! Məncə, təhsilin sağlamlaşdırılması üçün doğru addımdır. Az savadlı müəllim başqa bir sahə üzrə işləyib gəlir əldə edə bilər, amma şagird başqa yerdə dərs öyrənə bilməz.

- Sizcə, əsl müəllim necə olmalıdır?

- Bir şagirdin sevdiyi müəllimdən öyrəndikləri savadlı müəllimdən öyrəndiklərindən daha çox ola bilər. Hər müəllim bildiklərini şagirdlərə çatdıra bilər, lakin əsl müəllimlik və öyrətmək bir sənətdir. Əsl müəllim şagirdlərinin ruhuna toxunub onların sevgisini qazanandır. Müəllim çalışmalıdır ki, şagirdlərinin qəlbinə daxil ola bilsin. Əgər onların qəlbinə daxil oldusa, artıq beyinlərinə də “baxa” biləcək!

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.