
“Gənclərin yalnız savadlı olması kifayət etmir, onlar savadlı olmaqla yanaşı, həm də vətənpərvər yetişdirilməlidirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forumda səsləndirib.
Nazir müavini bildirib ki, vətənpərvərlik cəmiyyətdə formalaşdırılmalıdır. Bu istiqamətdə müəllimlərin, xüsusilə gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Firudin Qurbanovun sözlərinə görə, gənclər elə yetişdirilməlidir ki, dünyada baş verən istənilən dəyişikliyə hazır olsunlar:
“Müəllimlər vətənpərvərliyin formalaşdırılmasında cəmiyyət üçün bələdçi rolunu oynamalıdır. Bu mənada gənc müəllimlərin rolu xüsusilə əhəmiyyətlidir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər