Bütün xəbərlər
25 iyun, 16:15

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günündə Naxçıvanda 71 fizika və informatika müəllimi test imtahanı verib. 

“Azərbaycan müəllimi” imtahanın keçirildiyi Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində olub və yüksək nəticə göstərən müəllimlərlə söhbətləşib. 

Onlardan biri Ordubad şəhəri 3 nömrəli tam orta məktəbin fizika müəllimi Vidadi Əliyevdir. O, imtahandan 56 bal toplayıb. Fikrincə, sualların çətinlik səviyyəsi orta idı: “İmtahan çox yaxşı keçdi. Proses rahat və şəffaf idi. Özüm sərbəst hazırlaşmışdım. Suallar çərçivə sənədinə uyğun idi, dərsdənkənar heç bir sual yox idi. Gələn il imtahan verən müəllimlərə tövsiyə edirəm ki, imtahandan qorxmaq lazım deyil, ancaq oxumaq lazımdır”. 

Uğur qazanan müəllimlərdən biri olan Elşən Bağırov isə Culfa rayonu Teyvaz kənd tam orta məktəbində fizika fənnindən dərs deyir. Onun fikrincə, biliyi olan müəllim imtahanda çətinlik çəkməz: “Bugünkü imtahanda 54 bal topladım. Suallar dərsliyə, fənn mövzularına uyğun idi, çətin deyildi. İmtahanı çox müsbət qiymətləndirirəm, hər bir müəllim bu prosesə görə özündə məsuliyyət hiss edir”.

İmtahan Mərkəzinin qarşısında həyat yoldaşını əlində çiçəklə gözləyən bir şəxs də var. Gülərüzlə binadan çıxaraq həyat yoldaşına tərəf gedən xanımın yüksək nəticə əldə etdiyi hiss edilir. Biz də ona yaxınlaşaraq təbrik edirik. Şahbuz rayonu Daylaqlı kənd orta məktəbinin informatika müəllimi olan Qızıllı Mehdiyeva imtahanda 53 bal topladığını deyir: “Təkcə orta məktəb dərsliklərini oxumaqla yüksək nəticə əldə etmək mümkündür. Ailəm həmişə yanımda olub, dəstək göstəriblər. Şagirdlərim də hər zaman mənə motivasiya verərək “Müəllim, sizə inanırıq, yaxşı nəticə göstərəcəksiniz”,- söyləyirdilər".

Yoldaşı isə deyir ki, onun savadına, bu balı toplaya biləcəyinə inanırdı. 

İmtahandan gülərüzlə çıxan digər müəllim Naxçıvan şəhəri Qarnizon tam orta məktəbin fizika müəllimi Gülnarə Mahmudovadır. Sertifikasiya imtahanından 55 bal toplayıb. Çox həyəcanlı olduğunu söyləyir: “Suallar hər səviyyədə - asan, orta, çətin idi. Bir az kurikulumdan hazırlaşa bilməmişdim, əgər hazırlaşsaydım, hədəfim olan 60 balı toplayardım”. 

Yüksək nəticə əldə edənlərdən biri Culfa rayonu Əlincə kənd  tam orta məktəbin fizika müəllimi Səma Həsənlidir.

 Gənc müəllim imtahandan 53 bal toplayıb. Hesab edir ki, üzərində işləyən hər bir müəllim yüksək nəticə göstərə bilər: “Düşünürəm ki, ixtisasdan mexaniki səhvlərim oldu, ona görə də bu balı topladım, kurikulum sualları isə, mənə görə, çox asan idi. Ümumiyyətlə, imtahan rahat keçdi, heç bir problemlə rastlaşmadım”. 

Qeyd edək ki, bu günə qədər riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif, kimya və biologiya müəllimləri sertifikasiyadan keçiblər. Sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edib.

1 /2

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.