.jpeg)
“2022-ci ildə 9-cu sinif və 2024-cü ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin tədris dili fənni üzrə nəticələrinin müqayisəsi aparılıb. Bu müqayisə göstərir ki, iki il ərzində şagirdlərin nəticələrində ümumi inkişaf müşahidə olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “2024-ci il üçün ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili” ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, 0–25 bal toplayanların sayı 9-cu sinifdə 19,9% olduğu halda, 11-ci sinifdə bu göstərici 5 %-ə enib: “Ən yüksək nəticə isə 75–100 bal aralığındadır. Belə ki, 9-cu sinifdə yalnız 0,3%, 11-ci sinifdə isə 5,7% şagird 75–100 bal toplayıb. Xüsusilə zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb, yüksək nəticə göstərənlərin sayı isə artıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər