
Paytaxtdakı 114 nömrəli körpələr evi-uşaq bağçası binasının məcburi köçkünlər məskunlaşan hissəsində kiçik həcmli yanğın baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Bağçadakı uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər