Bütün xəbərlər
15 iyul, 15:21

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.

Bu səbəbdən ölkəmizin ən çox tələbə qəbulu həyata keçirən bir neçə universitetinə sorğu verərək onların cari il üzrə təhsil haqlarının dəyişdirib-dəyişdirməyəcəklərini öyrəndik.

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: "Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib. ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:

– “Biznesin təşkili və idarə edilməsi” (MBA) - (Azərbaycan dilində) (ixtisas) 
* “İnsan resurslarının idarə olunması” (ixtisaslaşma) 
* “Marketinq” (ixtisaslaşma) 
* “Ümumi idarəetmə” (ixtisaslaşma) 
* “İnformasiya texnologiyalarının idarə edilməsi” (ixtisaslaşma) 
* “Əməliyyatların idarə edilməsi” (ixtisaslaşma)
– “İnformasiya təhlükəsizliyi” (ixtisas) 
* “Kibertəhlükəsizlik” (ixtisaslaşma)
– “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” (ixtisas) 
* “Nəqliyyat logistikası” (ixtisaslaşma)

– “Sənaye mühəndisliyi” (ixtisas) 
* “Texnologiya və əməliyyatların idarə edilməsi” (ixtisaslaşma)

Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində “Data analitikası” ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.

Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.

Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir. Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.