Bütün xəbərlər
15 iyul, 16:08

Müəllimlik yalnız peşə deyil, bir missiyadır. Gənc yaşlarından bu missiyanı şərəflə yerinə yetirmək üçün çalışan, uğurla irəliləyən Rəna Məmmədzadə Göygöl şəhəri 6 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. O, 2024-cü ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 90 bal toplayaraq tədris etdiyi fənn üzrə region birincisi olub.

“Azərbaycan müəllimi” Rəna müəllimin təhsil yolunu öyrənmək üçün onunla söhbətləşib.

“İntizamlı çalışmaq əsas şərtdir”

Rəna Məmmədzadə uğurun sirrini belə izah edir:

“İntizamlı çalışmaq əsas şərtdir. Mən həftəlik cədvəl qurmuşdum. Vaxtımı çərçivəyə salaraq konkret planla hazırlaşırdım. Daha çox xarici mənbələrdən istifadə etmişəm. Üstəlik, süni intellektin imkanlarından da müntəzəm istifadə edirdim. Bu da hazırlıq prosesimə çeviklik və zənginlik qatırdı”.

Onun fikrincə, təkcə bilikli olmaq kifayət etmir:

“Bilikli olmaq vacibdir, amma bu intellekti düzgün idarə etmək daha vacibdir. Bu iki keyfiyyət bir-birindən ayrılmazdır”.

Region üzrə ən yüksək nəticəni əldə etməyinə görə çox sevindiyini gizlətməyən Rəna xanım bu uğurunun səbəbini daha çox  məsuliyyətli olmasında görür:

“Sertifikatlaşdırma imtahanından isə 59 bal toplamışam. Əlbəttə, bu nəticəm də məni sevindirmişdi. Amma özüm üçün hədəfi bir az da yüksəltdim. Növbəti sertifikatlaşdırma imtahanında daha yüksək nəticə əldə etməyə can atacağam. Məqsədim maksimum nəticə göstərməkdir”.

Texnologiya ilə zəngin dərslər və real tələblərə uyğunlaşma

Rəna müəllim şagirdlərini müasir təlim metodları ilə öyrədir. O, oyun əsaslı dərs modelləri – “Kahoot”, “Jeopardy” və digər texnoloji platformalardan aktiv istifadə edir. Müəllimlər üçün təşkil olunan təlimlərdə fəal iştirak edən Rəna müəllim burada öyrəndiyi xarici təlimçilərin metodlarını dərs prosesində tətbiq edir:

“Şagirdlərin marağını artırmaq üçün dərslərimdə oyun əsaslı yanaşmalardan istifadə edirəm. Eyni zamanda, şagirdlərdən gözlənilən bilik meyarları ilə daha məlumatlı olmaq mənə onların inkişafını daha dəqiq yönəltməyə imkan verir”.

Müasir müəllim kimdir?

“Müasir texnologiyaları dərsə inteqrasiya edə bilən müəllim müasir müəllimdir. Məncə, müəllim öyrənməyi heç vaxt dayandırmamalıdır”, - deyən Rəna müəllim müasir müəllimin vəzifələrini belə izah edir.

Şagirdlərlə münasibətdə isə səmimi, amma məsuliyyətli yanaşma nümayiş etdirir:

“Şagirdlərlə yaxınlıq vacibdir, amma ciddiyyət də qorunmalıdır. Məncə, şagirdlər sevdikləri müəllimlərin fənlərinə daha çox maraq göstərirlər”.

Yeni başlayan müəllimlərə isə 3 qızıl tövsiyəsi var:

“Qətiyyətli olun, fənninizi və şagirdlərinizi sevin, özünüzü daim inkişaf etdirin”.

Şərhlər

Xəbər lenti

20 avqust, 17:47

PIRLS tədqiqatına hazırlıqlar davam edir

20 avqust, 17:20

Onlar ali məktəbə imtahansız qəbul oldular

20 avqust, 17:09

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

20 avqust, 17:04

NDU-nun startap komandaları ölkəmizi Türkiyənin Bilişim Vadisində təmsil edəcək

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.