
Elm və Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylərin məzunlarının buraxılış imtahanlarında fənlər üzrə topladıqları nəticələr respublika göstərisindən xeyli yüksəkdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “2024-ci il üçün ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili” ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu liseylərin məzunlarının 685 nəfəri 500-dən, o cümlədən 309 nəfəri 600-dən yuxarı bal toplayıb: “2024-cü ildə ETN tabeli və özəl liseyləri 3297 şagird bitirib və onların 3295 nəfəri buraxılış imtahanlarında iştirak edib. Ümumilikdə 3293 nəfər attestat alıb”.
DİM sədri qeyd edib ki, ETN tabeli və özəl liseylərin məzunlarının buraxılış imtahanlarında tədris dili fənni üzrə topladıqları orta bal 75.35, riyaziyyat fənni üzrə topladıqları orta bal 59.15, xarici dil fənni üzrə topladıqları orta bal isə 73.72-dir. Hər üç fənn üzrə birlikdə topladıqları orta bal 210.05-ə bərabərdir: “Bu, respublika üzrə orta göstəricidən (müvafiq olaraq 35.65%, 73.47%, 62.63%, 59.02%) xeyli yüksəkdir.
Qəbul imtahanlarının nəticələrinə əsasən, 1514 nəfər (imtahanlarda iştirak edənlərin 60.54%-i) tələbə adını qazanıb”.
O əlavə edib ki, attestat alanların 63.92%-i (2105 nəfəri) I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib, 75.92%-i (2500 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupda iştirak etmək üçün ərizə verib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər