Bütün xəbərlər
25 iyun, 16:01

Bu gündən 2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müraciət edən namizədər üçün müsahibə mərhələsinə start verilib.

Bununla bağlı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bu gün mətbuata açıqlamasında geniş məlumat verib.

T.Topalova qeyd edib ki, proqrama sənəd qəbulu uğurla başa çatıb. Növbəti mərhələ olaraq namizədlər müsahibə mərhələsinə dəvət olunublar. Müsahibə 3 ekspertin iştirakı ilə həyata keçirilir.

“Azərbaycan müəllimi” müsahibə mərhələsində iştirak edən namizədlərdən Orxan Məmmədli ilə görüşərək prosesin gedişatı ilə maraqlanıb.

- “Xaricdə təhsil almaq üçün Dövlət Proqramının müəyyən etdiyi vaxt ərzində qəbul almış olduğum "Dövlət idarəetməsi” ixtisası üzrə müvafiq sənədlərlə müraciət etmiş, Proqramın aidiyyəti tələblərini yerinə yetirdiyim üçün müsahibəyə dəvət olunmuşam. Artıq müsahibə az əvvəl baş tutdu. Proses kifayət qədər maraqlı suallarla müşayiət olunurdu. Müsahibə Dövlət Proqramının müsahibə qaydalarında da qeyd olunduğu kimi qəbul alınmış ixtisas və digər aidiyyəti məsələlər ətrafında aparıldı. Proses kifayət qədər şəffaf, müəyyən edilmiş qaydalara uyğun keçirilir. Düşünürəm ki, suallara bacardığım qədər cavab verə bilmişəm. Ümid edirəm, nəticələr müsbət olar”.

Orxan Məmmədli bundan əvvəl xaricdə qısamüddətli proqramlarda iştirak edib. Lakin bu təcrübələr elmi dərəcə almaq məqsədini daşımayb. “İndi isə, xaricdə təhsil üzrə Dövlət Proqramının gənclərə təqdim etdiyi bu imkanı dəyərləndirməyi və xaricdə təhsil alaraq ölkəmizə qayıdıb onun davamlı inkişafına bacardığım töhfəni, faydanı verməyi nəzərdə tuturam”. 

O, proqramın gənclərin akademik və peşəkar karyeralarında rolunun böyük olduğunu bildirir: “Əlbəttə, bu proqram dövlət tərəfindən gənclər üçün yaradılmış əvəzsiz bir fürsətdir. Burada, namizədlərə ölkəmizin bu günü və gələcəyi üçün ən əhəmiyyətli 15 ixtisas üzrə dünyanın ən nüfuzlu, ən reytinqli universitetlərində təhsil almaq imkanları verilir. Düşünürəm ki, bu, həm namizədin özü, həm də namizədin ölkəmizin davamlı və dayanıqlı inkişafına verəcəyi fayda baxımından əhəmiyyətli bir proqramdır. İnanıram ki, qalib olan bütün namizədlər bu proqramın dəstəyindən yararlanaraq xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdıb öz sahələrində Azərbaycanın davamlı inkişafına mühüm töhfələrini verəcəklər”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.